Qərbin “seçkinin nəticəsi bəllidir” yalanı

 
Ekspert: “Məqsəd öz oyuncaqlarını və “peşka”larını çirkin oyunlara alət etməklə ölkə rəhbərinin timsalında dövlətin nüfuz sütununu zədələməkdir”
7 fevral prezident seçkisi yaxınlaşdıqca, Azərbaycana qarşı sanki xüsusi tapşırıqla hər yerdən hücumlar edilir: proses yalnız beynəlxalq təşkilatlar, yəni son hadisələr fonunda AŞ PA, yaxud bundan öncə Avropa Parlamenti, ABŞ və Fransa parlamentlərinin “aşağı-yuxarı” palataları deyil, qeyri-hökumət təşkilatları, ayrı-ayrı media mənsubları - təkcə məqalələrində yox, həm də sosial şəbəkələrdəki səhifələrində - və həm də donorluq edən qurumlar vasitəsilə aparılır. 
Bu kontekstdə Axar.az yazır ki, buna paralel olaraq: xaricdəki “siyasi mühacirlərin” Youtube platformasından Azərbaycan hakimiyyətinə qarşı çıxışları sərtləşib, təhqirlərin sayı artıb, seçkidəki əsas namizədi hədəf seçiblər. “Avropada” azərbaycanlı siyasi mühacirlərin koordinasiya mərkəzi" adlı təşkilatın da məhz indi qondarılması təsadüfi deyil. Görünür, Avropanın bəzi donor təşkilatları Azərbaycandakı seçki ərəfəsində kisələrinin ağzını açıblar. Həm iqtisadi təzyiq, həm də təbliğatla İlham Əliyevin səslərinə əl uzatmaq istəyirlər.
Əlbəttə, İlham Əliyevin seçilməyəcəyini özləri də düşünmürlər. Sadəcə, səsindən bir faiz də olsa, oğurlamağa çalışırlar. Əsas hədəf İlham Əliyevin 80%-in altında səs almasına nail olmaqdır. Bir daha yada salaq ki, hələ 2021-ci ildə Avropadakı erməni diasporu AB, AŞ, AŞ PA və s. təşkilatlarda keçirdiyi görüşlərin nəticələrini etiraf etmişdi, onlara demişdilər ki, İlham Əliyevin reytinqinin 97-98% olduğu bir vaxtda ona təsir etmək mümkün deyil, çalışın, bu reytinqi bacardıqca aşağı salın ki, təzyiq edə bilək. İlham Əliyevin reytinqini “təzyiq üçün əlçatan rəqəmə” salmaq yarışı gedir", - deyə sayt yazır.  
Anti-Azərbaycan çıxışları ilə tanınan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Almaniyadan olan üzvü Frank Şvabe “Amerikanın Səsi”nə müsahibəsində yenə ittihamlarla çıxış edib. Almaniyalı deputat müsahibədə deyib: “Ermənistan da monitorinq altında ölkədir, ancaq bir fərq var, Ermənistanda seçki ilə vəziyyəti dəyişmək mümkündür. Ermənistan xalqı ölkəni təmsil edən şəxsləri dəyişmək istəsə, bunu edə bilir. Üzv ölkələr arasında bunun mümkün olmadığı, sadəcə, bir ölkə var. O da Azərbaycandır. Hər şey təşkil edilib və nəticələrin (prezident seçkisinin nəticələrini nəzərdə tutur - red.) nə olacağı bəllidir”.
Bəhruz Məhərrəmov: BQXK Azərbaycana münasibətdə açıq təxribat və  düşmənçilik fəaliyyəti göstərməkdədir - AZƏRTAC
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmov İlham Əliyevlə üz-üzə gəlməyin siyasi intihar olduğunu bildirdi. O, bu mənada indidən Qərb təsisatlarının məğlubiyyətə uğradığını qeyd etdi: “Azərbaycanda prezident seçkisi ölkə başçısının özünün dediyi kimi, epoxal hadisədir, özündə yeni dövrü ehtiva edir. Yəni Azərbaycan artıq ərazisi işğalda olan, danışıqlarda Qərbin, yaxud hər hansı beynəlxalq subyektin insafına ümid etməyən, özü reallıq yaradan güc sahibidir. Bu isə Cənubi Qafqazda maraqlarını məhz Azərbaycan-Ermənistan münaqişəsi üzərində kökləmiş qlobal güclər üçün gözlənilməz və güclü zərbə oldu. Əslində Qərb 90-cı illərin təcrübəsinə, 20 mindən artıq şəhidin verildiyi, lakin torpaq itkisi ilə üzləşərək geri çəkilmək məcburiyyətində qalan dövlətin stereotipinə ümid edir və inanırdı ki, Azərbaycan müharibə etməyəcək, yaxud etsə belə Bakının İrəvan və havadarları qarşısında şansı yoxdur. Bəli, Qərb, xüsusən Avropa hələ 2001-ci ildən, İlham Əliyevin AŞ PA-dakı fəaliyyəti dövründən onun personasına bələd idi. Lakin cənab İlham Əliyevin hərbi-siyasi lider obrazı onların diqqətindən yayınmışdı. Azərbaycan Prezidentinin müzəffər Ali Baş Komandanlığı ilə Vətən müharibəsində və antiterror tədbirlərində Azərbaycanın müstəsna qələbəsi bu mənada Qərbi sarsıtdı. Reallıq qarşısında qalan Qərb özünün elə funksiyası bu kimi məqamlarda alətə çevrilmək olan strukturlarını işə saldı. Bu gün müvafiq dairələr yaxşı başa düşür ki, Qərbin ən azı 3 on illik ərzində möhkəmləndirdiyi təcavüzkar status-kvoya əsaslanan neoimperialist reallığın tar-mar edilməsinin kökündə yalnız bir amil dayanır - İlham Əliyevin qətiyyəti. Bu mənada, Qərb təsisatları revanş hədəfini də məhz bu istiqamətdə müəyyən ediblər. Amma həmin dairələr bir reallığı da unudur ki, onlar cənab İlham Əliyevlə özləri üçün ən uyğunsuz vaxtda üz-üzə gəlmək məcburiyyətindədirlər. Hətta Vətən müharibəsindən öncə 4 dəfə ciddi səs faizi ilə seçkinin favoriti olmuş bir siyasi liderlə ölkə tarixinin ən böyük qələbələrinin müəllifi olduğu bir dönəmdə qarşı-qarşıya gəlmək əslində intihara bərabərdir. Digər tərəfdən, Qərb, nəhayət, başa düşməlidir ki, Azərbaycanda siyasi bazisinə ümid etdiyi 3-5 mənliyini itirmiş sosial media fəalı nəinki xalqın, heç özünün də iradəsini ifadə etməyən qeyri-ciddi adamlardır. Azərbaycanda əsas olan xalqın iradəsidir və ölkə əhalisinin də Heydər Əliyev siyasi kursuna da, riyakar Qərb dairələrinin ikili standartlarına da baxışı kifayət qədər aydındır”.
Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq”
Sona Əliyeva 
Siyasi şərhçi Sona Əliyeva 7 fevraldan sonra İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yeni bir mərhələyə start veriləcəyini bildirdi: “Cənab Prezident jurnalistlərlə sonuncu görüşündə bildirdi ki, artıq yeni era başlayıb. 7 fevralda baş tutacaq seçkidən sonra Azərbaycan bir çox istiqamətlərdə yeni mərhələyə start verəcək. Hücum diplomatiyamız öz kəsərini daha da artıracaq. Əvvəllər xarici siyasətdə daha çox taktiki həmlələrlə gedişlərimizi gerçəkləşdirirdiksə, bundan sonra diplomatik masada siyasətimizin kəsərini "ağır artilleriya gedişləri" əvəzləyəcək. Bütün bunları Qərbdə də çox yaxşı görür və başa düşürlər. Deməli, Azərbaycan kimi kiçik bir ölkənin Fransaya və onun kimi digər qlobal güclərə öz yerini göstərməsi həmin dairələr tərəfindən həzm oluna bilmir. Nəticədə onlar siyasi gedişlərin sonuncu “Z planı”na keçiblər. Çünki bundan əvvəlki çirkin oyunlarının heç biri baş tutmayıb. “Z planı” isə öz oyuncaqlarını və “peşka”larını çirkin oyunlara alət etməklə ölkə rəhbərinin timsalında dövlətin nüfuz sütununu zədələməkdir. Amma bu da baş tutmayacaq. Ona görə ki, hazırda prezident İlham Əliyevin xalq arasındakı reytinqi ən yüksək səviyyədədir. Cənab Prezident bir neçə ay öncə Xankəndinə, Xocalıya, Ağdərəyə, Xocavəndə şanlı Azərbaycan Bayrağını sancmaqla bu xalqın gözündə əbədi lider mərtəbəsinə yüksəldi. “Qoca qitə”də də bunu çox yaxşı başa düşürlər. Amma onların çirkin niyyətləri və oyunları bu dəfə də suya düşəcək. Bunu özləri də çox yaxşı başa düşürlər. Erməni lobbisi və "Soros" Fondunun maliyyə donorluğu ilə bəslənən bəzi Avropa dairələri, onların idarəetməsi altında olan bir sıra “bloggerlər” isə heç nə edə bilməyəcəklər. Çünki Azərbaycan xalqı da, özünə hörmət bəsləyən siyasi dairələr də onların kim olduğunu çox yaxşı dərk edir. “Söyüş maşını” ilə işləyən bu vulqar siyasi alətlər Azərbaycan xalqının seçiminə və düşüncəsinə təsir göstərəcək gücdə deyil. Onlar ancaq öz səviyyələrinə və dünyagörüşlərinə uyğun bir ovuc fərdə öz sözünü keçirə bilər. Azərbaycan xalqı isə taleyüklü məsələlərdə hər zaman öz müdrikliyini ortaya qoyub. Bəzi Qərb dairələri isə 7 fevraldan sonra yenə matəm marşı çalıb yas tutacaq. AŞ PA və digər ikili standartlar mexanizmini əsas götürən qurumlar isə bu siyasətinə davam edəcəksə, tarixin tozlu arxivinə gömüləcək".
Yeni Müsavat”

2-02-2024, 11:30 112
Dünən, 18:00
Dünən, 15:24
Dünən, 15:03
Dünən, 14:59
Dünən, 14:55
Dünən, 14:47
Dünən, 14:44
Dünən, 12:05
Dünən, 12:00
3-11-2024, 21:23
2-11-2024, 18:17
2-11-2024, 17:16
2-11-2024, 17:11
2-11-2024, 14:40
2-11-2024, 14:36
2-11-2024, 14:29
2-11-2024, 14:26
1-11-2024, 18:29
1-11-2024, 08:35
30-10-2024, 12:52
30-10-2024, 12:06
30-10-2024, 12:04
30-10-2024, 09:30
30-10-2024, 08:03
29-10-2024, 22:40
29-10-2024, 22:37
29-10-2024, 13:59
29-10-2024, 13:23
29-10-2024, 12:53
29-10-2024, 12:51
29-10-2024, 12:31
29-10-2024, 12:26
29-10-2024, 12:13
29-10-2024, 12:10
29-10-2024, 11:40
29-10-2024, 11:37
29-10-2024, 11:32
29-10-2024, 11:25
28-10-2024, 12:55
28-10-2024, 12:52
1 2 3 4 5 6 7 8 9 10 ... 899