"Səviyyəsiz aparıcılar, savadsız işçilər..." - Tahir İmanov bu televiziyaları kəskin TƏNQİD ETDİ

 



Əməkdar artist Tahir İmanov özəl televiziyaları kəskin tənqid edib.
O bu barədə "Künc-bucaq" adlı “Youtube” layihəsinin qonağı olarkən danışıb. T.İmanov televiziyalarımızda vəziyyətin çox acınacaqlı olduğunu vurğulayıb:
“Bunu Tahir İmanov kimi yox, adi tamaşaçı kimi deyirəm. Bu, mənim subyektiv fikrimdir. İnanıram ki, bu fikirdə olan insanların sayı günü gündən artır. Televiziya maarifləndirmir, öz verilişləri ilə böyük zərbələr vurur, qeyri-mədəniyyəti, qeyri-yumoru təqdim edir. Vətəndaş kimi demək borcumdur – buna bir çarə qılmaq lazımdır. Həm də radikal çarələr. Çünki getdikcə keyfiyyətsiz verilişlərin, səviyyəsiz aparıcıların, savadsız televiziya işçilərinin sayı artır. Bunlar çox pis təsir göstərir. Biz Rafiq Hüseynov, Roza Tağıyeva, Gülşən Əkbərova kimi diktorları görmüşük, onların vasitəsilə Fikrət Əmirovu, Qara Qarayevi, Niyazini, Səttar Bəhlulzadəni, Tahir Salahovu, Bəxtiyar Vahabzadəni və digər Azərbaycanın böyük şəxsiyyətlərini öyrənmişik. Bu gün də dövlət televiziyası maarifləndirir. Zənnimcə, özəl kanallardan qat-qat üstündür. Bir vaxtlar biz bəzi bayağı məqamlara görə Azərbaycan Dövlət Televiziyasının verilişlərini tənqid edirdik. Amma bu gün hər şeyin əksini görürük. Ona görə bir vətəndaş, bu işdən bir az başı çıxan bir insan kimi tövsiyə edərdim ki, ana televiziyamıza baxsınlar. Həmçinin, İctimai TV böyük işlər görüb, xırda da olsa, televiziya sahəsində inqilab törədib. Əsl mədəniyyəti, incəsənəti, əsl azərbaycançılığı necə təbliğ edirlər, bunlara baxsınlar. Çünki bunlar sözün əsl mənasında özəl telekanallar üçün dərslikdir”.
T.İmanov televiziyalarda yayımlanan bir sıra verilişləri parodiya etdiklərini də xatırladıb:
“Bir aparıcı var Zaur, onun verilişini parodiya etmişik. Elgizin verilişlərini də həmçinin. Növbəti, may ayında baş tutacaq konsertimizdə bunlar hamısı hədəfimizdədir. Biz mətbuatdan da oxuyuruq, ola bilsin ki, həmin vaxta kimi işlər dəyişdi. Mən nikbin adamam, inanıram ki, dəyişəcək. Amma düşünən insanların qəlbində, ürəyin ən aşağı mərtəbəsində təssüflər olsun ki, zərbələr, travmalar, yara izi qalacaq”.
Xatırladaq ki, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunmuşdular. Burada kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır./Sfera.az

18-03-2024, 14:30 176

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041