Nizami Rəmziyə görə ailəsi dağılan müğənni: “Məktəbdə süpürgəçi, kafedə xadimə işlədim”


"Qızımla hündürmərtəbəli binanın zirzəmisində kirayədə yaşayıram. Qışda nəmişlikdən, yayda isə havasızlıqdan əziyyət çəkirik. Heç kimdən kömək görmürəm. Gözüm yollarda qalıb ki, bəlkə kimsə qapını döyüb, nəsə ərzaq gətirər. Vaxtilə İzzət Bağırov mənə yardım edirdi. 7-8 il bundan əvvəl. İndi ondan da xəbər yoxdur. Allahın acı bir soğanını da verən yoxdur. Yaşayışım çətindir, aldığım cüzi pensiya ilə dolanıram. Buna dolanmaq demək olmaz. Sürünürəm"

Sumqayit.tv
bildirir ki, bunu Moderator.az-a bir zamanların məşhur müğənnisi, meyxanaçı Nizami Rəmzi ilə duet ortağı olan Samirə Vahabova deyib. O daha sonra əlavə edib.
"İndiki ağlım olsaydı müğənnilik sənətini seçməzdim. Kim deyə bilərdi ki, bu günə düşəcəm?! Kişi kollektivlərində çalışırdım, toylara gedirdim. Nizami Rəmzi ilə gedirdim. Mənə bacı gözü ilə baxırdı. Yaxşı pul da qazanırdıq. Özümə bir gün ağlaya bilmədim. Sənət mənə heç nə vermədi. Nə məşhurluq, nə pul, nə də hörmət. Bu gün televiziyaları izləyirəm. Fərqli səsi, görünüşü olan müğənni yoxdur. Hamı bir-birinə bənzəyir. Bizim mahnıları oxuyub məşhurlaşırlar. Bir dəfə adımızı da çəkmirlər ki, bunu Samirə ilə Nizami oxuyub. Elə oxuyurlar ki, elə bil o mahnıları Nizami yox, onların atası yazıb. Nizami məni toylarda qoruyurdu. Heç kəs mənə pis gözlə baxmırdı. Nizaminin 3 yoldaşı olub, amma heç biri məni ona qısqanmayıb" deyə müğənni bildirib.


Samirə Vahabova acınacaqlı şəxsi həyatından da danışıb.
"Nizami Rəmzi ilə toylara getdiyimə görə həyat yoldaşım məndən ayrıldı. Bir uşaqla məni qoyub getdi. Ev-eşik əlimdən çıxdı. Aclıq-susuzluq yaşadım. Dedi ki, mənə toylara gedən qadın lazım deyil. Tək yoldaşım yox, elə qohumlar da məndən imtina etdilər. Filarmoniyada konsertimiz olurdu. Rusiyaya qədər birlikdə qastrol səfərlərinə gedirdik. Hər toya gedəndə mənə deyirdilər ki, sənin atan qardaşın yoxdur ki, düşmüsən Nizaminin izinə?! Özümdən küsmüşəm, Nizamidən küsməmişəm. Nizamidən sonra demək olar ki, mən də "öldüm". Məktəbdə süpürgəçi, kafedə xadimə işlədim. Amma yaş həddinə görə məni işdən çıxartdılar. İndi ehtiyac içərisində həyatımı sürdürürəm. Ramazan ayıdır, ümidim qalıb fitrə pullarına. Bəlkə də sizin vasitənizlə mənə yardım edərlər" deyə o bildirib.


8-04-2024, 16:21 210

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041