Vardanyanın namizədliyini irəli sürənlər Nobel mükafatına hörmətsizlik edirlər-Akif Nağı

 

 
“Ruben Vardanyanın vaxtilə pul verdiyi adamlar var. Ola bilər ki, həmin adamları nəzarətdə saxlayır. Bunun Ermənistan rəhbərliyi tərəfindən təşkil olunmasına inanmıram”.
Bu fikirləri Musavat.com-a Azad Vətən Partiyasının sədri Akif Nağı rusiyalı milyarder Ruben Vardanyanın  Nobel Sülh mükafatına namizəd göstərilməsini şərh edərkən deyib.

A.Nağı təşəbbüsü gülünc adlandırıb:

“Ruben Vardanyanın xeyriyyəçi, humanitar fəaliyyəti ilə bağlı ondan sülh göyərçini düzəltmək istəyirlər. Bu isə gülüncdür. O, hər zaman Azərbaycana qarşı aqressiv çıxış edib, separatçı-terrorçu mövqeyində olub. Bu cür adamın Nobel sülh mükafatına təqdim olunması mükafatın özünün təhqir olunması deməkdir. Bu təşəbbüsü irəli sürənlər Nobel mükafatına hörmətsizlik edirlər. Azərbaycan öz mövqeyini çatdırmalıdır ki, oyunbazlıq etməsinlər. Yəqin ki, bunun heç bir nəticəsi olmayacaq. Təşkilat komitəsinin üzvləri nə qədər xristianpərəst olsalar da, təşəbbüsün müsbət nəticələnməsi inandırıcı deyil. Təşəbbüsü irəli sürənlər özlərini növbəti dəfə gülünc vəziyyətinə qoyurlar”.
A.Nağı hesab edir ki, R.Vardanyan haqqında müsbət imic yaratmağa çalışırlar:

“Vardanyanı sülhpərvər, humanist kimi təqdim etməyə çalışırlar, guya  Azərbaycan onu nahaq yerə həbs edib. Bundan öncə də Avropada pulla çalışan komitələr, qruplar bu mövqedən çıxış ediblər. Həm onlara verilən vəsaitə görə çalışdıqlarını göstərmək üçün səs-küy salırlar, həm xristian təəssübkeşliyini göstərirlər, həm də ermənilərə xidməti özlərinə borc bilirlər. Hər halda biz diqqətli olmalıyıq. Əgər ehtiyac olarsa, Azərbaycan Nobel sülh komissiyasına məlumatları göndərməlidir. Bu təşəbbüsün onların özlərinə qarşı çevrilməsinə çalışmalıyıq”.

8-04-2024, 16:25 195

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041