“Mahir Emreli - Azərbaycan qızılı!” - Polşalılar ondan danışır


Xəbər verdiyimiz kimi, millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Lester”lə qarşılaşıb. Polşa təmsilçisinin 1:0 hesablı qələbə qazandığı oyunda yeganə qolu matçın 31-ci dəqiqəsində məhz Mahir Emreli vurub.
“Qafqazinfo”nun məlumatına görə, Mahir Emrelinin 2015/2016 mövsümündə İngiltərə çempionu olan “Lester”ə qol vurması azərbaycanlı futbol azarkeşləri ilə yanaşı, polşalı fanatlar tərəfindən də rəğbətlə qarşılanıb.
Mahirin artıq “Legiya” azarkeşlərinin sevimli oyunçusuna çevrildiyini desək, yanılmarıq. Hər halda polşalı fanatların tvitterdə Mahirlə bağlı etdiyi paylaşımlar da bunu deyir.
Seçdiyimiz bir neçə paylaşımı təqdim edirik:
- “Onun üçün fərqi yoxdur, istər Polşa çempionatı olsun, istər ölkə kuboku, istərsə də avrokubok matçı. O, hər zaman bizi sevindirəcək. Padşahımız, Mahir, bizimlə qal, çünki hamımız səni sevirik!”
- “Mahir Emreli ağlasığmaz qollar vurur”. 

- “Təvazökar oğlandır. Avropanın yarısını və İngiltərə klubunu susdurdu”.
- “Mahir Emreli - Azərbaycan qızılı!”
- “Bu futbolçunu bizə gətirdilər, hamı da eyni sözü təkrar edir - ulduz olacaq! “Legiya”nın qol silahını ehtiyat oyunçular skamyasına göndərdi. Mahir Emreli bizə özünü belə tanıtdı”.
- "Mahir Emreli - təvazökar bir azərbaycanlı! “Legiya”da bu gün daha bir testdən uğurla keçdi. Bu, bəxt deyildi, keçmiş İngiltərə çempionunu düzgün və ağıllı taktika ilə məğlub etdilər”.
- “Mahir meydanı tərk edəndə, bütün stadion ayaq üstə onu alqışladı. Polşa çempionun yeni kralı!”

- “Mahir Emreli - “Legiya”nın yeni Levandovskisi!”
- “Dürüst olmaq lazımdırsa, pul umrumda deyil. Mənim üçün keyfiyyət önəmlidir. Mahir Emreli canavardır. “Legiya” onu mövsümün sonunda komandada saxlamalıdır”.
- “Mahir Emreli - “Legiya”nın avrokuboklardakı üzü...”
- “Barmaqlarımı onun üçün çarpaz tuturam. Varşavaya gələrək inkişafı seçdi. İndi milyonlarca alıcı qarşısında məhsul toplayır. İndi Azərbaycandakı coşqunu təsəvvür etmək çətin deyil...”
Rafal Tamkoviak adlı polşalı azarkeş isə paylaşımını Azərbaycan dilində edib:
“Mahir Emreli bir qəhrəmandır. “Legiya”nın ən yaxşısıdır. Azərbaycan dilində ilk tvitim...”

Qafqazinfo.az




2-10-2021, 15:21 510

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041