Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO



Bütün ailəsini qəddarlıqla qətlə yetirən Əhməd Əhmədovun bacısı – Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı şok məlumatlar yayılıb.
Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub.
Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərində nəqliyyat polisinin rəisi işləyib.
O, vaxtilə korrupsiyada ittiham edilərək həbs olunub. İddialara görə Niftəliyev polis əməkdaşları üçün nəzərdə tutulan vəsaiti mənimsəyib.
Niftəliyev 2014-cü ilin oktyabrında korrupsiyada və qanunsuz döyüş sursatı saxlamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. Qanunsuz silahlar 2011-ci ilin yayında axtarış zamanı şübhəlinin mənzilində tapılıb.

23 cildlik cinayət işində ümumilikdə 10 cinayət epizodu olub. Müttəhimlər kürsüsündə isə şübhəli dəstə lideri və onun üç ortağı oturub.
Cinayət işi üzrə 5 mayor və üç polis polkovnik-leytenantı olmaqla 13 zərərçəkmiş şəxs olub. Niftəliyev onların adına əlavə maddi yardım yazıb və pulu şəxsi maraqları üçün mənimsəyib.
Müstəntiqlərin fikrincə, Niftəliyev ağır maddi vəziyyətə görə polis əməkdaşlarını onlara maddi yardım göstərmək üçün ərizə yazmağa məcbur edib.
Onun iştirak etdiyi maliyyə pozuntularının izi 2012-ci ilə qədər uzanır. O, Daxili İşlər Nazirliyinin Nəqliyyat üzrə Trans-Baykal Xətti İdarəsi tərəfindən alınan federal vəsaiti də “yuyub”. Niftəliyev öz qulluq mövqeyindən və tabeliyində olan işçilərin ondan asılılığından istifadə edərək, müstəntiqlərin fikrincə, ağır maddi vəziyyətlərinə görə polis əməkdaşlarını onlara əlavə maddi yardım göstərmək üçün ərizələr yazmağa məcbur edib. Lakin onların çoxu bu pulu görməyib.

Maraqlıdır ki, Niftəliyev bu cinayətlərinə görə məsuliyyətdən yaxa qurtara bilib. Amma hüquq-mühafizə orqanlarından qovulub.
Bundan sonra o, diaspor fəaliyyətinə qoşulub. Tofiq Niftəliyev 6 il “Araz” SC-nin rəhbəri olub. Amma burada da qaranlıq əməllərindən qalmayıb. Bildirilir ki, Niftəliyev 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra diaspor üzvlərindən zərərçəkənlərə yardım toplayıb. Amma bu yardım Türkiyəyə çatdırılmayıb, Niftəliyev tərəfindən mənimsənilib. O da iddia olunur ki, Niftəliyev Blaqoveşenskdə özlərini banda kimi aparan qrup formalaşdırıb. Bu qrup sayəsində isə hər kəsi, o cümlədən şəhərdə yaşayan azərbaycanlıları qorxu altında saxlayır.//Publika.az

9-04-2024, 11:04 198

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 20:00
Bu gün, 19:01
Bu gün, 09:07
Bu gün, 08:36
Dünən, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972