Yoluxma sayı artır: Məktəblər bağlanacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA


Ölkədə COVID-19 statistikasının son iki gününü müqayisə etsək yoluxanların sayında artım var. Belə ki, rəqəmlər 684-dən 712-yə qədər yüksəlib. Bu da ilk növbədə övladları ali və orta məktəblərdə təhsil alan valideynlərdə narahatlıq yaradıb.
Azərbaycanda təhsil sahəsində hər gün 2 milyon insan aktiv hərəkət edir. Sadəcə ibtidai siniflərdə 600 min şagird təhsil alır, üstəlik onlarla birlikdə məktəbə valideynlər də gəlir. Bu rəqəmin iki dəfə artması deməkdir. Buna görə də bu say yoluxmaya ciddi şəkildə təsir göstərə bilər.

Bəs görəsən bu artım Ali və orta təhsil müəssisələrinin fəaliyyətini də məhdudlaşdıra bilərmi?
Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən təhsil eksperti Kamran Əsədov hazırda məktəblərin bağlanmasının müzakirə mövzusu belə olmadığını deyib:
"Təbii ki, sağlamlıq vacibdir. Amma yoluxma sayının artması məktəblərin bağlanmasına gətirib çıxara bilməz. Biz ötən il ilə müqayisəni aparsaq, yoluxma sayı bu həddə çatanda narahat olurduq və tədrisin dayanması haqqında qərarlar verilirdi. İndi isə ölkədə insanların böyük əksəriyyəti vaksin olunub. Eyni zamanda təhsil sahəsində çalışanların da 95%-i peyvənd olunub. Onlar arasında immunitet sertifikatı olanlar da var. Bütün bu rəqəmlərin hər biri təlim-tədris prosesinin dayandırlması ehtimalını sıfıra endirir. Təhsil müəssisələrinin açıq olması yoluxma sayını nəzarətdə saxlamağa imkan verir, çünki hər gün onlar yolxalanılır. Xəstəliyin əlamətləri olan şəxslər təcrid olunur".
Təhsil eksperti Kamran Əsədov təhsil sahəsində yoluxanların statistikasının hazırda açıqlanmaması məsələsinə də aydınlıq gətirib:
"Hər il bu statistika Təhsil Nazirliyinə Operativ Qərargah yaxud da rayonlar üzrə epidemioloji idarə tərəfindən təqdim edilirdi. Hazırda təqdimat olmadığına görə Təhsil Nazirliyi də statistikanı açıqlamır".
Mövzu ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla da əlaqə saxladıq. O, yoluxma sayında artımın 3 ya da 4 gün davam edəcəyi təqdirdə Ali və orta təhsil müəssisələrində təlim-tədris prosesesinin dayandırılması haqqında müzakirələr aparılacağını bildirib:
"Koronavirusa yoluxma sayında artım olan zaman təhlil aparılır və tədrisin davam edib-etməyəcəyi ilə bağlı qərar qəbul edilir. Bir günlük statiskaya əsasən təhlil aparılmır".

4-10-2021, 16:07 204

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041