İstisu İcmasının üzvləri bir araya gəldi-Fotolar


Bugün Qərbi Azərbaycan İcması (QAİ) Dərələyəz mahalının İstisu İcmasının iclası keçirilib. 
Sumqayit.tv-
ə verilən məlumata görə, toplantı Qərbi Azərərbaycan İcmasının Sumqayıt nümayəndəliyində baş tutub. 
Ramiz İsmayılov
Toplantını Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov açaraq  ev sahibi kimi İstisu İcmasınının nümayəndələrini salamlayıb, onlara işlərində uğurlar diləyib. 
Alı Alıyev 
İstisu İcmasının sədri, folklorşünas alim Alı Alıyev də tədbirə qatılanları salamlayaraq,  qonaqları iştirakçılara təqdim edib. 
Yığıncaq iştirakçıları tərəfindən Ümummilli lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 Sonra Alı Alıyev Qərbi Azərbaycan İcmasının yarandığı gündən bu günə qədər apardığı işlər barədə qısa məlumat verdi. Belə ki, “QAİ-in qayıdış konsepsiyasına uyğun olaraq siyahıların tərtibi, dəqiqləşdirilməsi, üzvülük vəsiqələrinin və döş nişanlarının alınması üçün üzvlərin müəyyənləşdirilməsi, icma üzvlərinini müxtəlif tədbirlərdə iştirakı, fərdi əlaqələrin qurulması və çevik addımların atılması, Paşalı icmasının el ağsaqqallarının və  şəxsiyyətlərinin ad ,soyadlarının dəqiqləşdirilməsi, tarixi abidələrin, saxsı əşyaların toplanması və təhvil verilməsi istiqamətində böyük işlər görülmüşdür. Bundan başqa İstisu icması prezident seçkilərində böyük fəallıq göstərərək, dövlətimizin başçısı cənab İlham Əliyevə sadiqliklərini bir daha nümayiş etdirdilər.”- deyə, Alı Alıyev fikirlərini tamamlayıb.  
İman Məmmədov 
Tədbirə qatılan Qərbi Azərbaycan İcmasının bölgə üzrə koordinatoru İman Məmmədov çıxış edərək , QAİ İdarə Heyyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərlinin salamlarını iştirakçıların diqqətinə çatdırdı. O, Sumqayıtda belə bir şəraitin yaradılmasından məmnun olduğunu bildirərək, əlavə etdi ki, bu şəhərdə məskunlaşan qərbi azərbaycanlılar mütləq  imkanlardan istifadə edib, öz tədbirlərini nümayəndəliyin ofisində keçirməlidirlər.
Faiq Xudayev
Daha sonra Dərələyəz mahalı Paşalı İcmasının sədri, aqrar elimlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev çıxış edərək bildirdi ki, “İcma yarandığı gündən, bu günə kimi, ata-baba yurdlarımıza qayıtmaq istiqamətində kifayət qədər işlər görülüb. Prezident İlham Əliyevin dəqiq və uzaqgörən siyasəti nəticəsində biz yolun başlanğıcında deyil, tam ortasındayıq. Qarşımızda olan əngəlləri aşaraq son  nöqtəni qoymaq üçün isə əzm və iradəmizi ortaya qoyub, işimizi daha da sürətləndirməliyik.  Çünki biz haqq yolunda irəlləyirik.  Bu prosesdə Azərbaycan dövləti bizlərin yanındadır. Bu isə o deməkdir ki, düşmənlər üçün başladılan proses qarşısı alınmaz hala gəlib və bunu dayandırmaq mümkün deyil. Sadəcə hər kəs əlini daşın altına qoyaraq, uzun illərin həsrətinə son qoymaq üçün  fəallıq göstərməlidir”
İstisu İcmasının çıxış edən digər üzvləri,  bundan sonra da fəaliyyətlərini artıracaqlarına söz veriblər. 
Daha sonra İcmanın 19 üzvünə Qərbi Azərbaycan İcmasının vəsiqə və döş nişanı təqdim edilib.
Toplantı iştirakçıları sonda xatirə şəkili çəkdirib.



































11-05-2024, 22:04 940

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005