"Balasanyan ölü kimidir, amma Natiq Qasımov yaşayır" - Emin Həsənlidən açıqlama


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Natiq Qasımova ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Herbiand.az-a bildirib ki, bu çox böyük bir sərəncamdır.
“Azərbaycan tarixində qəhrəmanlarımız çoxdur. Hər biri özünə məxsus rolu var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Natiq Qasımov Vitali Balasanyanla döyüşüb, onu məğlub edib. O, hiyləyə əl ataraq Xocalıdan müəllimi gətirib. Onu təslim olmağa məcbur edib. Natiq beş gündən sonra Xocalılar güllələnməsin deyə təslim olub. O, təslim olarkən belə əlində üçrəngli bayraq olub. Natiq Qasımov bayrağa, vətənə, dövlətə inanıb. Dünya hərb tarixində belə hadisələr nadir olur”.

Emin Həsənli bu sərəncam indi verilməsinin həm də rəmzi mənası olduğunu bildirib:
“Hazırda Vitali Balasanyan ölü kimidir. Vitali Balasayan cəhənnəmə vasil olan “Artsax” rejimin generalı, “müdafiə naziri”nin müavini olub. İndi nə o rejim, nə müdafiə naziri, nə də onun müavini var. Natiq isə qalibdir. O, qalib ordunun ilk əsgərlərindəndir. Natiq kimi düşünənlər qalib gəldi və Azərbaycan ordusunun timsalında Natiq Qasımov zəfər çaldı. Vitali Balasanyan isə cəhənnəmlik oldu”.
Bütün bunların bir örnək olduğunu deyən birlik sədri hesab edir ki, Natiq əbədi yaşardır Balasanyan və onun kimi ndüşünənlərin yeri isə tarixin zibilliyindədir:
“Natiq ucadır. Hüseyn Cavidin qələmə aldığı kimi: “Ölüm var, həyat qədər dəyərli, həyat var ki, ölüm qədər zəhərli”. Natiq Qasımov hər zaman qəhrəman kimi anılacaq. Yaddaşlarda silinməz bir izə malik olaraq qalacaq. Onun bu qəhrəmanlığı Azərbaycan hərb tarixində qızıl hərflərlə həkk olunacaq”.
Ermin Həsənli bu sərəncamın bütün xalqımız tərəfindən yüksək qiymətləndirildiğyini də bildirdi:
“Ölkə başçısına daim şəhid ailələrinə, qazilərə, yüksək dəyər və qiymət verdiyi, diqqətdən kənarda saxlamadığıı üçün minnətdarıq. Bu sərəncamı bütün xalqımız yüksək qiymətləndirir. Sərəncam onu göstərir ki, dövlətimiz, xalqımız zəfərlər çalmağa layiqdir. Natiq Qasımovunı, Mübariz İbrahimovun, Şirin Mirzəyevin, Allahverdi Bağırovun, Fred Asifin, Əliyar Əliyevin, Vəzir Orucovun, Polad Həşimovun, Raquf Orucovun, Samid İmanovun və yüzlərlə minlərlə qəhrəman şəhidlərimizin ruhları şaddır”.

27-06-2024, 16:00 154

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041