İmamverdi İsmayılovun “qələmi qırıldı”: Onu əvəz edəcək Nigar Ələsgərova kimdir?


Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyası tərəfindən 25 partiya üzvləri və bitərəf şəxslər də daxil olmaqla, 1030 nəfərin namizədliyi qeydə alınıb.
Sözsüz bu seçkilərdə ən güclü rəqabət  125 saylı Zəngilan-Qubadlı seçki dairəsində olacaq. 30 ildir millət vəkili olan İmamverdi İsmayılov bu dəfə öz yerini gənc namizəd Nigar Ələsgərovaya təhvil verə bilər. Artıq siyasi kluarlarda 30 illik deputat İmamverdi İsmayılovun qələminin qırıldığı haqqında söz- söhbət gəzir. Elə  125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən səs verəcək namizədlər də İmamverdi İsmayılovdan qurtulmaq niyyətindədir. Bunun səbəbləri çoxdur.Uzun illərdir öz deputatlarına problemlərini çatdırmaq istəyən seçicilər buna nail ola bilməyiblər. İnsdi onlar üçün şans yaranıb. Daha aktiv və hazırlıqlı, problemlərini dinləyəcək birinin parlamentdə onları təmsil etməsini istəyirlər. Onların istəyi artıq reallaşmaq üzrədir. Qeyd etdiyimiz kimi artıq Nigar Ələsgərovaya həm seçicilər, həm də siyasi kluarlarda böyük dəstək var. Bu da onu göstərir ki, bu dəfə İmamverdi İsmayılov 30 illik kreslosu ilə vidalaşmalı olacaq.  Nigar Ələsgərovanın fəaliyyəti diqqəti daha çox cəlb edir.
Nigar Ələsgərova kimdir?
Əslən Qubadlının Hal kəndindən olan Nigar Ələsgərova 23.09.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olub, Gəncə şəhər Əhməd Cavad adına 2 №-li tam orta məktəbi fərqlənmə ilə bitirib.
N.Ələsgərova Gəncə Dövlət Universitetinin Tarix fakültəsini bitirib, İstanbul Universitetində isə “Biznesin təşkili və idarəedilməsi” üzrə magistr (MBA) dərəcəsinə yiyələnib. O, həmçinin, dünyanın nüfuzlu məktəblərindən olan London İdarəetmə İnstitutunda “Menecmentin əsasları” üzrə təkmilləşdirmə kursu keçib, gənclər siyasəti, liderlik, motivasiya, natiqlik, sahibkarlıq sahələri üzrə 100-ə yaxın yerli və beynəlxalq təlim, seminar və proqramda iştirak edib.
N.Ələsgərova 2009-cu ildən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu müddət ərzində gənclərin, qadınların işlə təmin olunmasına dəstək verib.
Xüsusən də, həssas qruplar üçün təqaüd proqramları və müxtəlif sosial layihələr, xeyriyyə tədbirləri həyata keçirib.
İctimai sektorda da xüsusi fəallığı ilə seçilən Nigar Ələsgərova müxtəlif ictimai birliklərin idarəetməsində yaxından iştirak edib, dövlət qurumlarının ictimai şuralarında təmsil olunub, 2014-2019-cu illərdə Nizami rayon Bələdiyyəsinin üzvü kimi fəaliyyət göstərib.
2009-cu ildə YAP-ın sıralarına qəbul edilən N.Ələsgərova 2014-2022-ci illər ərzində Gəncə şəhəri YAP Qadınlar Şurasının sədr müavini olub.
Nigar Ələsgərova “Odlar Yurdu” Gənclər İctimai Birliyininin sədri vəzifəsini icra edərkən ölkə gənclərinin hərtərəfli inkişafına böyük töhfələr verən çoxsaylı layihələr həyata keçirib. Qarabağ həqiqətlərinə aid bir neçə sənədli filmin müəllifidir. Ölkənin ictimai, siyasi həyatında fəal iştirakı və səmərəli fəaliyyətinə görə dəfələrlə nüfuzlu mükafatlara layiq görülüb.
N.Ələsgərova 2020-ci ilin iyunundan həmtəsisçisi olduğu Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədridir. Fəaliyyəti dövründə bir sıra beynəlxalq təşkilatlar, türk dövlətləri və digər xarici ölkə səfirlikləri ilə sıx əməkdaşlıq şəraitində işləyib, cəmiyyətimizin xeyrinə olan layihələr reallaşdırıb. Bu müddətdə iş adamları və sahibkarlarla işin səmərəli təşkili, yeni iş yerlərinin açılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədi ilə uğurlu layihələr həyata keçirib.
O, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 200-ə yaxın məcburi köçkünün özünüməşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə bağlı 2 böyük layihəyə rəhbərlik edir.
N.Ələsgərova NATO-nun Brüsseldəki baş qərargahında, həmçinin müxtəlif ölkələrdə həyata keçirilən beynəlxalq proqramlar çərçivəsində ölkəmizi layiqincə təmsil edib, Heydər Əliyevin 100 illiyi münasibətilə xarici ölkələrdə “İş Dünyası – 100 İlin Zirvəsi” adlı 3 fərqli beynəlxalq layihəni həyata keçirib.
İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var.
Qeyd edək ki, Nigar Ələsgərova seçkilərə “Yenilik zamanıdır!” şuarı ilə qatılıb.

18-08-2024, 10:18 124

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964