"Rəsulzadəni faşist Njde ilə bir sıraya qoyan Moskvadakı şovinistlər də səni sevmirdi..."



Gerçək seçki keçiriləcəyi halda sən öz dairəndə mütləq qalib olacaqdın...
 
Müsahibəmizdən bircə gün ötəndən sonra – dekabrın 30-da dövlət başçısı Rəsulzadənin yubileyi haqda belə bir fərman verdi... Və Moskvadan  dərhal Zaxarovalar hay qaldırdı...
 
...Çox ağrıdıq, çox.... Allah qəni-qəni rəhmət eləsin sənə, qardaş! Bu yaxınlarda telefonla danışmışdıq... Tarixçi dostlarından birinin də özün kimi  Moderator.az-a mütəmadi müsahibələr, açıqlamalar, araşdırmalar verməsi üçün razılaşmışdıq... 
 
Sən bu günədək Azərbaycan parlamentində deputat olmuş şəxslərin böyük əksəriyyətindən, o cümlədən siyasi meydanda özlərini lider sayan bir çox şəxslərdən qat-qat böyük xidmət göstərmişdin bu xalq, bu dövlət, bu Vətən üçün, Azərbaycan üçün... Fəqət real, doğrudan da demokratik seçki keçirilsəydi, sən öz dairəndə mütləq qalib olacaqdın. Bunu rəqiblərin də yaxşı bilirdi... Səni ömrünü onun ömür və yaradıcılığının araşdırmasına həsr etdiyin Məhəmməd Əmin Rəsulzadəni sevməyən, onu xalqın hafizəsindən sildirməyə çalışan, ona paytaxtımızda heykəl qoyulmasına imkan verməyən Bakıdakı əsil xalq düşmənləri, çağdaş Əliheydər Qarayevlər, Musabəyovlar- Rusiya imperiyasının "5-ci kalon"u, eləcə də müstəqil, demokratik Azərbaycan dövlətimizin əsasını qoymuş bu şəxsiyyəti Njde kimi faşist, terrorçuyla bir sıraya qoymağa çalışan Moskvadakı şovinist imperiya ideoloqları da sevmirdi... Ötən il dekabrın 28-də baş tutmuş sonuncu müsahibəmizdə demişdin ki, “2023-cü ilin ən mühüm hadisəsi Xankəndi zəfəridir, orada hərbi paradın keçirilməsidir” və  Rəsulzadənin  140 illiyinin rəsmi səviyyədə keçirilməsi haqda dövlət başçısına müraciətindən də danışmışdıq və belə demişdin:
 
“Məhəmməd Əmin Rəsulzadənin  anadan olmasının 140 ili tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevə rəsmi müraciət ünvanlamışam. Düşünürəm, Prezidentin bununla bağlı müvafiq sərəncamı olacaq. Bunu onunla əsaslandırıram ki, ölkə başçısı görkəmli mütəfəkkir və ziyalılarımızla bağlı sərəncamlar verib və bu, cəmiyyətdə məmnunluqla qarşılanıb. Tariximizdə önəmli rol oynamış şəxsiyyətləri də, tarixi hadisələri də yaşatmağı bacarmalıyıq. Bu, əslində, milli-mənəvi dəyərlərə söykənən cəmiyyət quruculuğunun əsasını təşkil edir...”
 
 Müsahibəmizdən bircə gün ötəndən sonra – dekabrın 30-da dövlət başçısı Rəsulzadənin yubileyi haqda belə bir fərman verdi... Və Moskvadan  dərhal Zaxarovalar hay qaldırdı... Biz saytımızda onun cavabını versək də... Təəssüf ki, bu şüvənçinin rəsmi cavabı verilmədi... 
 
Yalnız Rəsulzadə deyil, Xalq Cümhuriyyətinin bütün qurucuları, liderləri haqda hələ yarımçıq qalmış araşdırmaların, onların xatirələrinin əbədiləşdirilməsi barədə arzuların vardı, Nəsiman bəy…
 
Sənin avtomobil qəzasında həlak olmağın 1991-ci il 19 aprel tarixində istiqlalçı millət vəkilləri – dilçi, türkoloq, tənqidçi, siyasətçi seçicilərlə görüşdən qayıdarkən Qax rayonu ərazisində müəmmalı avtomobil qəzasında həlak olmuş Aydın Məmmədov və ədəbiyyatşünas, tərcüməçi Dilarə Əliyevanın faciəli ölümünü, həmçinin 2005-ci il oktyabrın 31-də isə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş daha bir jurnalist və siyasətçi dostumuz-  Qeyrət Quliyevin də avtomobildə guya ürək tutması nəticəsində idarəetməni itirərək başqa bir maşına çırpılıb həlak olmasını da xatırlatdı…
 
 
Sən gəncliyindən bu xalq üçün, onun keçmişi, bu günü və gələcəyi üçün ağrıyırdın, əzab çəkirdin… Xocalı soyqırımı haqqında elə 1992-ci ildə "Xocalı qırğını" adlı ilk kitabı sən yazmışdın… Elə öz itkin də bu xalq üçün, Vətən üçün, xüsusən cümhuriyyətçilər üçün ən ağır itkilərdən, faciələrdən biri oldu… Bundan sonra Rəsulzadəni, AXC-ni sənin kimi ürəkdən və dərindən araşdıran olacaqmı, bəy?.. Hələ çox məqalələr, araşdırmalar, kitablar yazacaqdın…Heyif… Çox heyif…
 
Məkanın Cənnət olsun, qardaş!.. Dünya durduqca dostların və bu xalq xatirəni yaşadacaq... 
 
Allah dərgahında görüşənədək…
 
İnna lillahi və İnna ileyhi raciun- Allahdan gəlmişik, Allaha da dönəcəyik....
 
//Modern.az Sultan Laçın

26-08-2024, 12:35 89

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005