Elxan Məmmədovun gözü qarşısında törədilən cinayət


AFFA-nın icraçı vitse-prezidenti turist səfərinə çıxıb. Daha bütün dünyanı gəzib-dolaşdıqdan sonra Azərbaycanın da rayonlarını tanımaq həvəsi yaranıb Elxan müəllimdə. “O rayon, sənin, bu rayon mənim” deyib Tovuzdan vurub, Masallıdan çıxır. 
Kefi kök olduğu üçün getdiyi rayonlarda futbolla məşğul olan uşaqlara da baş çəkir. Masallıda da humanizm göstərib, uşaqların üzünə gülümsəyib, hətta deyilənə görə, cənub bölgəsinə bir-iki top da bağışlayıb. 
Elxan Məmmədov uşaqlarla Masallı Olimpiya kompleksinin hay-hayı getmiş, vay-vayı qalmış bərbad süni örtüklü meydançasında ora-bura qaçıb. 
Bütün dünyada çoxdan qəbul olunub: uşaqlara süni örtük (o da ola, keyfiyyətsiz örtük) üzərində futbol öyrətmək olmaz. Bu, öyrətmək yox, cinayətdir. Çünki süni örtük o uşaqların sağlamlığına ciddi təsir edir. 
Bəs Elxan Məmmədovun gəlişi şərəfinə bu uşaqları bərbad süni örtüyün üzərində yox, harada qaçırtsınlar? Axı Masallıda uşaqların futbola məşğul olması üçün infrastruktur yoxdur. 
Olimpiya Kompleksini dövlət baba tikib ki, orda uşaqlar digər idman növləri ilə də məşğul olsun. Uşaq futbolu üçün infrastrukturun qurulması isə həm də AFFA-nın boynunun borcudur. Nöşün ki, bu qeyri-hökumət təşkilatı da əsas maliyyəni məhz dövlət babadan alır. 
Bəs hanı Masallıda uşaq futbolu üçün yaradılan infrastruktur? Quruca torpaq meydança da yoxdur ki, uşaqları süni örtüyün üzərinə çıxartmasınlar. Torpaq meydançada oynamaq o bərbad örtük üzərində xəstəlik tapmaqdan yaxşıdır axı. 
Hanı dövlətin ayırdığı vəsait? Deyim də. Berlin küçələrinə səpilib. Orda futbol məktəbini maliyyələşdirirdi axı AFFA. Berti Foqtsun dəstəsinə yedizdirdilər bu vəsait . Düz 7 il. Sonra da Prosineçkinin, Yurçeviçin dəstəsi apardı. İndi də De Byazinin “bandası”nın cibləri doldurulur. 
Masallıda isə uşaqlar bərbad süni örtük üzərində ora-bura qaçırlar. Guya futbol oynamağı öyrənirlər. Cinayətdir bu. Özü də ağır cinayət. Və bu cinayət AFFA-nın icraçı vitse-prezidentinin gözləri qarşısında törədilirdi. Onun gəlişinin şərəfinə. Gülürdü, çox xoşbəxt görünürdü icraçı vitse-prezident, bədbəxt edilən uşaqlarımızın solğun simasının fonunda. 
Natiq Muxtarlı


8-10-2021, 17:08 223

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041