Eldar Mahmudovun övladları sorğu-sual edilir, mülklər araşdırılır - FOTO

İspaniya məhkəməsi Azərbaycanın əvəzinə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun 3 övladının Mallorka adasında böyük miqdarda vəsaiti leqallaşdırması ilə bağlı faktları araşdırır. 
Sumqayit.tv-in xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, İspaniya Korrupsiyaya qarşı Mübarizə Prokurorluğu onları korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına Palma adasında 50 milyon avro dəyərində mülk və torpaq sahələri almaqda ittiham edir: "İttiham aktına görə mülklərin alışı Kalviada qeydiyyatdan keçmiş iki ispan şirkəti vasitəsilə həyata keçirilib və ümumilikdə 60-dan çox (Valldemossada 23, Kalviada 22 və Palmada 15)  mülk əldə olunub. Təkcə Peguera kurort şəhərində 1 əmlaka 9 milyon avro ödənilib. Qeyd olunur ki, Mahmudovların mülklərinin bir neçəsi Anar Mahmudovun adına Seyşel adalarında qeydiyyatdan keçmiş SİNALCO INVESTMENTS LİMİTED şirkətinə məxsus Latviya hesabından bank köçürmələri yolu ilə ödənilib. Bu hesab üzərindən Anar Mahmudov Palma şəhərinin Alexandre Rossello küçəsi 27A ünvanında 4,5 milyon avroya iiki mülk  alıb. 206 kv.metr sahəsi olan mənzillər Eldar Mahmudovun qızı Xuraman Mahmudovanın adına alınıb. 101 kvadratmetr sahəsi olan daha bir mənzil Balearın elitar yaşayış kompleksi sayılan Plaza del Comtat del Rosselloda 444,960 avroya alınıb. Eldar Mahmudovun digər qızı Nərgiz Mahmudovanın adına 4,1 milyon avroya əmlak isə xarici görünüşünə görə turistlərin xüsusi marağını cəlb edən modernist üslublu Casasayas binasında əldə edib.  Məbləğin bir hissəsi Seyşel adalarındakı şirkətə məxsus Latviya hesabından köçürmə yolu ilə ödənilib.  Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğundan araşdırmasına görə, pulun böyük hissəsi Nərgiz Mahmudovaya məxsus və qardaşı Anarın köçürmələri hesabına maliyyələşən Palmanın Portals Nous qəsəbəsindəki filialının hesabından götürülən üç nominativ çek vasitəsilə çatdırılıb.  Bu mülk Balear Adaları Ali Ədalət Məhkəməsinin qərargahına çox yaxındır. 2014-cü ilin aprelində isə Eldar Mahmudovun iki övladı Kalviadakı (Calvia) Sol de Mallorca səmtində bir milyon avroya altı mülk alıblar.  Qiymət Anarın Latviyadakı şəxsi hesabından dörd bank köçürməsi yolu ilə ödənilib. Keçmiş nazirin övladları Londonda yaşasalar da, Kalvian sahillərinə və Santa Ponça, Puerto Portalları və ya Port Adriano kimi yerlərə tez-tez gəlirlər. Ötən aylarda Palma məhkəməsinin hakimi Eldar Mahmudovun övladları ilə videokonfrans formatında sorğu-sual aparıb, keçmiş nazirin övladları ittihamları rədd ediblər".

21-10-2024, 12:57 86

Digər xəbərlər

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Dünən, 17:55
Dünən, 13:11
Dünən, 12:59
Dünən, 12:33
Dünən, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
1 2 3 4 5 6 7 8 9 10 ... 962