Suriya ordusu Livanla sərhəddə devrilmiş rejimin saxta əskinas çap etdiyi obyekti ələ keçirib. Sumqayit.tv xəbər verir ki, Suriyada ordu sərhəddə qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün Homs şəhərinin Qusayr bölgəsində genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat zamanı devrilmiş Əsəd rejimi üzvlərinin bölgədə müasir maşınlarla saxta xarici valyuta istehsal etdikləri obyekt müəyyən olunub. /APA