Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — FOTOLAR

 

Bakı şəhəri, Nəsimi rayonu Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan vətəndaş Ruzana İdrisovanın şikayəti mediada geniş yayılıb.

Məsələ budur ki, Bakı şəhəri, Nəsimi rayonu Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan vətəndaş Ruzana İdrisova ona məxsus mülkünün əlindən alınmaq təhlükəsi ilə üz-üzə qaldığını qeyd edir.

Ancaq problemlə bağlı müvafiq qurumlar hələ ki, susurlar.

Sumqayit.tv xəbər verir ki, demokrat.az saytının əməkdaşı əraziyə baş çəkib və Ruzana İdrisovanı danışdırıb.

Şikayətçi bildirib ki, hər gün öz mülkünə girib çıxmaq üçün pəncərədən istifadə edirlər.

"Artıq hər kəsə məlumdur ki, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və Milli Məclisin Yerli icra hakimiyyətləri ilə iş şöbəsinin müdir müavini Teymur Tağıyevin atası Aqil Tağıyevin təhdidləri ilə üz-üzəyik. Bizim mülkümüzün qapısı məhz Aqil Tağıyevin göstərişi ilə bağlanıb. Yaşadığımız bu bina tarixi əhəmiyyətli və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur. Bu bina 1909-cu ildə inşa edilib. Amma bu xidmət nədənsə binanı qorumayıb və Aqil Tağıyev yüksək vəzifəli qohumlarının, ən əsası isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və oğlanlarının gücünə və vəzifəsinə arxalanaraq bu tarixi binanın əsas giriş qapısından girişini bağlayıb. Biz öz evimizə dediyim kimi pəncərədən giririk. Bizi binanın blokunda olan bütün mənzilləri Aqil Tağıyev alıb. Yalnız bizim ev qalıb. Bizi təhdid edir ki, bu evi hansı yolla olur, olsun sizin əlinizdən alacayıq. Aqil Tağıyev hətta blokun qapısını dəyişib və yalnız özü və ailə üzvlərinin bildiyi kodla binaya girib çıxırlar. Bir sözlə mənim və ailə üzvlərimin həyatı təhlükədədir. " - deyə Ruzana İdrisova bildirib.

 


Ruzana İdrisova bildirir ki, bu günə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, nə də Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi rayon İcra Hakimiyyəti onların problemləri ilə maraqlanmır:

“Biz qapını sökməyə və öz evimizə daxil olmağa çalışan kimi bütün dövlət orqanları Aqil Tağıyevin himayəçisinə çevrilir. Artıq bu cür yaşamaqdan bezmişəm. Mən Rusiya vətəndaşı olsam da Azərbaycanda yaşayıram. Azərbaycan mənim vətənimdir. Buranı sevirəm və Azərbaycana sadiqəm. Mən Azərbaycan prezidenti cənab İlham Əliyevdən, Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevadan kömək istəyirəm. Bizi dövlətin qanunlarını ayaqlar altına atan, öz qohum əqrabalarına görə vətəndaşın hüquqlarını pozan məmurların əlindən qurtarın. Son ümid yerimiz sizsiniz”, - deyə Ruzana İdrisova bildirib.

İddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 


31-03-2025, 13:09 111

Digər xəbərlər

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

TƏBİB-in təşəbbüsü ilə Sumqayıt Tibb Mərkəzində nadir dəri xəstəlikləri üzrə təlim keçirilib - FOTO

Sumqayıt çimərliklərində hava 27 dərəcə isti olacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
19-08-2025, 16:09
19-08-2025, 08:17
1 2 3 4 5 6 7 8 9 10 ... 961