Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır

 

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında baş verən, 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı cinayət işi üzrə araşdırmalar davam edir.

Sumqayit.tv xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayev çıxarılıblar.

İstintaqın gəldiyi qənaətə görə, müttəhimlər üzərlərinə düşən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyiblər. Nəticədə 2024-cü il yanvarın 15-də Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib.

Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb. İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin hazırlıq iclasında Tağı İbrahimovun vəkili vəsatət verərək bildirib ki, müdafiə etdiyi şəxs özünü təqsirli bilmir. Buna baxmayaraq, o, ittiham olunduğu iş üzrə 400 min manat vergi borcunu ödəyib. O, eyni zamanda zərəçəkmişlərin və hüquqi varislərin bir qisminə maddi təzminat ödəyərək barışıq əldə edib.

Vəkil onun digərlərinə də yardım edə bilməsi üçün Tağı İbrahimovun haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini xahiş edib.

Toğrul Rzayevin vəkili də müdafiə etdiyi şəxslə bağlı qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

İclasda iştirak edən zərərçəkmiş şəxslərin hüquqi varisləri maddi köməklik göstərilərsə, həbs qətimkan tədbirinin dəyişdirilməsinə etiraz etməyəcəklərini bildiriblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Tağı İbrahimov əvvəllər Azad Azərbaycan Televiziyasının (ATV) prezidenti olub. Hacı İbrahim Nehrəmlinin, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.


//Musavat.com


14-05-2025, 16:52 46

Digər xəbərlər

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

TƏBİB-in təşəbbüsü ilə Sumqayıt Tibb Mərkəzində nadir dəri xəstəlikləri üzrə təlim keçirilib - FOTO

Sumqayıt çimərliklərində hava 27 dərəcə isti olacaq

Premyer Liqa: “Sumqayıt” bu gün “Qarabağ”la üz-üzə gələcək

IMF: Qazaxıstan adambaşına düşən ÜDM-də Rusiyanı geridə qoydu

Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən qəzaya görə sürücü yenidən məhkəmə qarşısında

Sumqayıtda ağacların kəsilməsinə aydınlıq gətirildi

Sumqayıtdan bir neçə istiqamətdə avtobus marşrutları müsabiqəyə çıxarılır

Laçın şəhəri yalnız coğrafi deyil, həm də geosiyasi mərkəzə çevrilməkdədir

Sumqayıtda evdə yanğın oldu - Video

Hərbi Prokurorluq nəzarətçi yox, həm də cəmiyyətlə dialoq quran quruma çevrilib

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 18:26
Bu gün, 16:49
Bu gün, 16:45
Bu gün, 15:35
Bu gün, 12:57
Bu gün, 11:59
Bu gün, 10:35
Dünən, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
19-08-2025, 16:09
19-08-2025, 08:17
18-08-2025, 17:35
18-08-2025, 17:26
18-08-2025, 15:46
18-08-2025, 12:11
17-08-2025, 13:10
17-08-2025, 01:20
16-08-2025, 15:50
16-08-2025, 10:58
1 2 3 4 5 6 7 8 9 10 ... 961