Səfərov qardaşları küt alətlərlə öldürülüb - Ekspertizanın nəticələri

 "Yekaterinburqda qətlə yetirilən qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, küt alətlə vurulublar".

Moderin.az xəbər verir ki, bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.

Ekspertizanın rəyinə əsasən, meyitin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib.
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov bildirib ki, dünən meyitlər axşam 10-11 radələrində bizim şöbəyə qəbul edildi. Meyitlerin müayinəsi gecəyarısı başa çatıb.

"Biz ekspertiza zamanı Səfərov Hüseyn Mehdi oğlunun bədənində xarici və daxili travmalar aşkarladıq. Sümüklərin yerdeyişmiş sınığı var, döş qəfəsi deformasiyaya uğrayıb. Gözətrafı nahiyədə gicgahdan başlayan böyük hematoma, üst və alt dodağın selikli qişasında qançırlar, alnın sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində, yuxarı ətraflarda qançırlar. Xayalıqda qançırlar. Aşağı ətraflarda, budda qançır və sıyrıqlar aşkarlandı".

O qeyd edib ki, bir dəfə müayinə edilmiş meyitin ikinci dəfə təkrar ekspertizası çətin olur.

"Meyitin daxili müayinəsində isə kəllədaxili qansızmalar, baş beynin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların ikitərəfli, çoxsaylı anatomik xəttlər üzrə yerdəyişmiş sınıqları aşkarlandı. Ağciyərin sümük ucları tərəfindən kəsilməsi, qabırğaarası əzələlərdə qansızmalar, parietal plevranın, ağciyerlərin cırılması və ikitərəfli hemapnevmatoroks vəziyyəti aşkarlandı. Bundan başqa, Periton partlaması, qanla örtülməsi müəyyən edildi".

O bildirib ki, Səfərov Huseyn Mehdi oğlunun ölüm səbəbini posttravmatik və posthəmarragik şok olub.

"Meyitləri müayinə etməmişdən əvvəl onların ölüm haqda tibbi şəhadətnamələrini təqdim etdilər. Sverlovsk vilayətinin verdiyi ölüm haqda şəhadetnaməler verilib. Səfərov Hüseyn Mehdi oğlunun ölüm haqda şəhadətnaməsində ölüm səbəbi travma göstərilib".

Qraçova Kseniya Valeryevanın apardığı ekspertiza nəticəsində onun küt travma ilə qətlə yetirildiyi qeyd edilib.

İkinci qardaşın rəyində isə ürəktutmadan, kəskin ürək çatışmazlığından öldüyü qeyd edilib.


1-07-2025, 15:08 224

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041