Xəzərin qorunması ilə bağlı müsabiqə - 1-ci yer 1500 AZN



Sumqayit.tv xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsində təbliğatın gücləndirilməsi məqsədilə “Xəzəri birgə qoruyaq” adlı videoçarx müsabiqəsinə start verilib.

Müsabiqənin mövzuları:
dənizə çirkab suların axıdılmasının qarşısının alınması
sahil ərazilərində tullantıların düzgün idarə olunması
qanunsuz balıq ovu ilə mübarizə

Tələblər:
- İştirakçı 18 yaşdan yuxarı olmalıdır;
- Videoçarxda görüntülər aydın və keyfiyyətli çəkilməli, nitq səlis və ifadəli, jest, mimika, səs tonu aydın olmalıdır;
- Videoçarxın müddəti 3 dəqiqədən artıq olmamalıdır;
- Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx təqdim edə bilər;
- Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri "tag” edilməli və müəllif tərəfindən izlənilməlidir. Paylaşım edilərkən #Xəzərgünü #Xəzəribirgəqoruyaq #xəzərmüsabiqə həştəqlərindən istifadə olunmalıdır. Qiymətləndirmədə videoya baxış sayı da nəzərə alınacaq;
- Müsabiqə üçün hazırlanmış materiallar 31 oktyabr 2021-ci il tarixinədək [email protected] email ünvanına göndərilməlidir. Email-də müəllifin adı, soyadı, atasının adı, əlaqə vasitəsi qeyd olunmalıdır.

Təqdim olunan işlər aşağıdakı kriteriyalara əsasən seçiləcək:
Videoçarxın texniki tələb və tövsiyələrə cavab verməsi;
Mövzulara uyğun problemin və onun həlli yollarının yaradıcı şəkildə təqdim olunması;
Çağırışların sadə, konkret, orijinal olması.

Mükafatlandırma:
1-ci yer - 1500 AZN
2-ci yer – 1000 AZN
3-cü yer – 800 AZN

Müsabiqə ilə bağlı sual yarandığı halda (012) 538-15-21 telefon nömrəsi ilə əlaqə saxlanıla bilər.

19-10-2021, 11:36 181
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086