"Birliyin 7-ci Zirvəsi Azərbaycanın yalnız diplomatik uğuru deyil, həm də..."

Dövlət Başçısı İlham Əliyevin Danimarkaya işgüzar səfəri davam edir. Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısında iştirak üçün Avropaya yollanan Azərbaycan Prezidenti bu ölkənin paytaxtı Kopenhagendə çox mühüm görüşlər keçirir. Bu görüşlərin də hər biri 10 gün əvvəl Nyu-Yorkda olduğu kimi, qarşı tərəflərin istək və xahişi ilə baş tutur.

Səfəri Musavat.com-a dəyərləndirən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun və regional proseslərdə həlledici rolunun bariz göstəricisidir: "Avropa Siyasi Birliyi platforması, əslində Avropa İttifaqı və ittifaqa üzv olmayan Avropa dövlətləri arasında strateji əməkdaşlıq və siyasi dialoqu gücləndirmək məqsədilə formalaşsa da, zamanla daha geniş təhlükəsizlik və iqtisadi gündəmin müzakirə edildiyi mühüm format kimi qəbul olunmağa başlayıb. Məhz bu səbəbdən, Avropa Siyasi Birliyinin zirvə toplantısında Azərbaycanın iştirakı ölkəmizin və onun liderinin qlobal proseslərdə oynadığı mühüm tənzimləyici rolun göstərici kimi qəbul oluna bilər.

Prezident İlham Əliyevin danimarkalı həmkarı, Avropa Şurasının Prezidenti və digər yüksək səviyyəli liderlərlə görüşləri protokol xarakterli görüşlərdən daha çox, tərəflərin gələcək əməkdaşlıq planlarının aydın təsdiqi kimi qiymətləndirilməlidir.

Mühüm məqamlardan biri də odur ki, Avropa liderləri Azərbaycanın regionda sülh və təhlükəsizlik sahəsində əldə etdiyi uğurları xüsusi qeyd etməklə yanaşı, həm də enerji təhlükəsizliyinə, nəqliyyat-kommunikasiya və rəqəmsal inteqrasiya sahələrində strateji tərəfdaşlıq imkanlarına xüsusi önəm verirlər. Bu, Azərbaycanın yalnız Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropanın təhlükəsizliyi və inkişafı üçün mühüm tərəfdaş kimi qəbul edilməsinin sübutudur".

Deputatın qənaətinə görə, Zirvə çərçivəsində reallaşan mühüm görüşlərdən biri də, Azərbaycan və Ermənistan liderlərinin görüşüdür: "Tarixi razılaşmadan sonra ilk dəfə olaraq Avropa siyasi gündəminin mərkəzində tərəflərin sülh prosesinə dair iradəsinin nümayişi önəmli hadisədir. Bu görüş həm Azərbaycanın beynəlxalq siyasətdə konstruktiv mövqeyini bir daha təsdiqləyir, həm də Avropanın ölkəmizi sülhün əsas təşəbbüskarı kimi qəbul etdiyini göstərir. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə artıq Avropa üçün də nümunəvi model kimi təqdim olunur.

Azərbaycanın enerji resursları və strateji tranzit imkanları da Avropa üçün alternativ və etibarlı marşrutların təmin olunmasında həlledici əhəmiyyət daşıyır. Bu çərçivədə Avropa Komissiyası və digər institutlarla aparılan danışıqlar Global Gateway strategiyası daxilində Azərbaycanın nəqliyyat və rəqəmsal inteqrasiya layihələrində önəmli rol oynayacağını göstərir. Bununla yanaşı, Azərbaycanın artan tranzit potensialı ölkəmizin beynəlxalq iqtisadi sistemdə daha güclü mövqe qazanmasına şərait yaradır.

Bütövlükdə isə, cənab Prezidentin Kopenhagen səfəri Azərbaycanın diplomatik manevr imkanlarının möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Avropa liderlərinin ölkəmizə verdiyi dəstək və yüksək qiymət Azərbaycanın gələcəkdə Avropa institutları ilə daha geniş hüquqi və maliyyə əməkdaşlığına yol aça bilər.

Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvəsi Azərbaycanın yalnız diplomatik uğuru deyil, həm də beynəlxalq mövqeyini yeni geosiyasi reallıqlara uyğun şəkildə gücləndirməsinin praktiki nümayişidir. Prezident İlham Əliyevin Kopenhagenə səfəri Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq aləmdə təsdiqlənməsi baxımından tarixi önəm daşıyır. Bu isə öz növbəsində ölkəmizin gələcək xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi, daxili inkişaf proqramlarının dəstəklənməsi və regional sabitlikdə lider rolunun möhkəmlənməsi üçün yeni imkanlar yaradır".

3-10-2025, 22:03 59

Digər xəbərlər

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 12:13
Dünən, 21:53
Dünən, 21:48
Dünən, 12:44
Dünən, 12:20
Dünən, 12:11
Dünən, 11:51
Dünən, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
1 2 3 4 5 6 7 8 9 10 ... 1040