Gənclərin günü Sumqayıtda

 

Sumqayıt şəhərində “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir təşkil edilib.

Sumqayit.tv xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Bayram tədbiri daha sonra Sumqayıt Musiqi Kollecində davam etdirilib. Burada gənclərin yaradıcılıq bacarıqlarını əks etdirən rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Sumqayıt Musiqi Kolleci və Regional Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov gənclərin ölkənin gələcəyində mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Sumqayıtın 2025-ci il üçün “Gənclər Paytaxtı” elan edilməsi şəhərdə gənclər üçün yeni imkanlar yaradıb.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov da çıxış edərək, gənclər gününün əhəmiyyətindən və dövlət proqramlarının gənclərin inkişafına verdiyi töhfələrdən danışıb.

Tədbir çərçivəsində “Gənclər Paytaxtı – Sumqayıt” layihəsi və ictimai fəaliyyətlərdə fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.

Bayram proqramı gənclərin hazırladığı bədii-musiqili çıxışlarla davam etdirilib. Tədbir yüksək əhval-ruhiyyə şəraitində başa çatıb.

 


2-02-2026, 15:01 36

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041