“İdrak”ın rəhbəri o SİRRİ AÇDI: “Hadisədən sonra xarici ölkədən zəng gəlib”

 
“İdrak” liseyinin rəhbəri Mönsüm Alışovun şagirdin müəllimi güllələməsi haqda verdiyi açıqlamalar ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, o, əvvəlcə hadisənin baş verdiyini təsdiqləsə də, sonradan ciddi bir şey olmadığını bildirib və media nümayəndələrini yalan xəbər yaymaqda ittiham edib.

Sumqayit.tv xəbər verir ki,  Qlobalinfo.az məsələ ilə bağlı Mönsüm Alışovla əlaqə saxlayıb.

O, bəzi saytları və sosial şəbəkə istifadəçilərini yanlış məlumat yaymaqda ittiham edib:

“Yazırlar ki, guya müəllim ölüb. Şükür Allaha, sağdır, vəziyyəti də yaxşıdır. Tədris davam edir, xəbər yayırlar ki, liseydə silahlı hücum olub. Niyə bilmədən səhv məlumat yayırlar axı?

Əvvəlcə mənə fərqli məlumat verilmişdi. Lakin liseyə getdikdə gördüm ki, məsələ başqadır. Hamımız azərbaycanlıyıq, canımızsınız, qeyrətimizsiniz. Ona görə də insanlara doğru məlumat çatdırmaq hamımızın borcudur. Bəziləri bilmədən danışır və təşkilatlar haqqında yanlış fikir formalaşır. Vallah, yüzlərlə adam zəng edir və bunun hamısını cavablandırmaq mümkün deyil. Ortada bir problem var və onu həll etmək lazımdır. Aidiyyəti qurumlar araşdırma aparır, bizim nəsə deməyimiz doğru olmur. Özü də obyektiv, qərəzsiz iş görülür. Gəlin, nəticəni gözləyək”.

M.Alışov şagirdin guya xarici ölkədən tapşırıq alması haqda iddialara da aydınlıq gətirib:

“Bilmirik ki, bu, xaricdənmi qaynaqlanır, yoxsa daxildənmi. Məsələn, mənə xarici dövlətlərdən zənglər gəlir. Bunların nə maraqları var? Araşdırdıq ki, informasiya alan saytların 6-sı xaricdəndir. Araşdırma yekunlaşdıqdan sonra açıqlama veriləndə hamımız doğruları biləcəyik”.


9-02-2026, 08:23 31

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040