
Sumqayıt şəhərində bəzi sərnişin avtobuslarının yol zolaqlarının tələbinə əməl etməməsi digər hərəkət iştirakçılarının narazılığına səbəb olub.
Sumqayit.tv xəbər verir ki, bununla bağlı bir sürücü sosial şəbəkələrdə videogörüntü paylaşıb.
Bildirilib ki, 7 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların nizamsız hərəkəti yolun daralmasına, eləcə də nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olur.
Oxu.az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, məsələ ilə bağlı daşıyıcıya xəbərdarlıq edilib:
"Daşıyıcıya xəttin nizamlı fəaliyyətini təmin etməyə, səlahiyyətindəki sürücülərin sərnişindaşıma qaydalarını pozmamasına, mindirib-düşürmələri yalnız təyin olunan dayanacaq məntəqələrində həyata keçirmələrinə nəzarətin təşkilinə dair tapşırıq verilib".
VİDEO LİNK: (22)TikTok - Make Your Day
10-02-2026, 15:38
72