Sumqayıtda qəzalı binalarda yaşayan sakinlərə yeni mənzillər veriləcək


Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabatda Sumqayıt şəhərində qəzalı vəziyyətdə olan yaşayış binaları ilə bağlı görüləcək işlər barədə məlumat yer alıb.

Hesabatda bildirilib ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə hər il dövlət büdcəsindən vəsait ayrılır.

Məlumata görə, yerli icra hakimiyyətlərinin müraciətləri və Nazirlər Kabinetinin tapşırıqları əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qəzalı binaların siyahısı hazırlanıb. Araşdırmalar nəticəsində

1. Bakı şəhərində 228 ünvanda 7 170 mənzil,

2. Sumqayıt şəhərində 21 ünvanda 464 mənzil,

3. Gəncə şəhərində 11 ünvanda 708 mənzil olmaqla,

ümumilikdə 260 ünvanda 8 342 mənzilin qəzalı vəziyyətdə olduğu müəyyən edilib.

Qeyd olunub ki, həmin binalardan 159-nun dövlət vəsaiti, 84-nün investor vəsaiti, 17-sinin isə dövlət və özəl investorların birgə maliyyəsi hesabına yenilənməsi və sakinlərin köçürülməsi planlaşdırılır.

Hazırkı məlumata əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı binalarda yaşayan ailələrdən 1 148-i artıq köçürülüb, onlardan 655-i dövlət vəsaiti, 493-ü isə investorlar hesabına yeni mənzillərlə təmin olunub.

 


14-03-2026, 16:59 60

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059