Norveçdə sumqayıtlı İradə İsmailinin rəhbərliyi altında Novruz coşqu ilə qeyd olundu (FOTO)

 
Norveçin Stavanger şəhərində yaşayan azərbaycanlı icması Novruz bayramını milli ənənələrə sadiq qalaraq yüksək əhval-ruhiyyə ilə qeyd edib. Doğma torpaqlardan uzaqda yaşamalarına baxmayaraq, soydaşlarımız baharın ab-havasını hiss etdirməyi bacarıb, bayramın ruhunu yaşadıblar.

Sumqayit.tv xəbər verir ki, tədbirə hazırlıq bir neçə gün öncədən başlayıb. İştirakçılar milli şirniyyatlarımızı bişirib, məkanı bəzəyib və zəngin bayram süfrəsi hazırlayıblar. Süfrədə azərbaycanlı xanımların hazırladığı ənənəvi yeməklər, eləcə də şirniyyatlar, qoz-fındıq, quru meyvələr və Novruzun əsas rəmzi olan səməni yer alıb.

Bayram proqramı çərçivəsində ənənəvi oyunlar təşkil olunub. İştirakçılar yumurta döyüşdürmə yarışlarında iştirak edib, hədiyyələr oynanılıb və şən rəqslər edilib. Tədbirin yaddaqalan məqamlarından biri isə milli rəqsimiz “Yallı”nın kollektiv ifası olub.

Uşaqlar üçün də xüsusi əyləncə proqramı təşkil edilib. Tədbirə dəvət olunan fokusçu maraqlı nömrələrlə çıxış edib, uşaqlara şar fiqurları hazırlayıb. Balacalara şirniyyatlar paylanılıb. Proqramın sonunda Bahar qızı uşaqlara hədiyyələr təqdim edib və onların sevinc dolu anları bayrama xüsusi rəng qatıb.

Qeyd edək ki, Norveçdə Novruz bir qədər fərqli qeyd olunsa da, öz mahiyyətini qoruyub saxlayır. "Norveç-Azərbaycan Cəmiyyəti"nin Stavanger şəhəri üzrə şöbəsi (Aserbajdsjansk-Norsk Kulturforeining) tərəfindən hər il təşkil olunan bu bayramlar insanları bir araya gətirir, ümid və birlik mesajı verir. Bu cəmiyyətin əsas məqsədi azərbaycanlıları toplayaraq milli mədəniyyətimizi, bayramlarımızı, adət-ənənələrimizi və dilimizi qoruyub saxlamaq, eləcə də Vətəndən uzaqda böyüyən uşaqlara bu dəyərləri aşılamaqdır. Xatırladaq ki, Cəmiyyətin rəhbəri Sumqayıtlı İradə İsmailidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


23-03-2026, 14:12 121

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Bu gün, 10:45
Dünən, 23:48
Dünən, 23:19
Dünən, 21:37
Dünən, 06:40
Dünən, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058