Son uğursuzluqlardan sonra "Barselona" rəhbərliyi baş məşqçi Ronald Kumanı istefaya göndərib.Sumqayit.tv xəbər verir ki, məlumatı Kataloniya klubunun mətbuat xidməti yayıb.
"Rayo Valyekano"ya 0:1 hesablı yenilgi niderlandlı çalışdırıcı ilə bağlı qəti addım atmasını şərtləndirib.
Xatırladaq ki, Kuman ötən ilin avqustunda "Barselona"ya baş məşqçi təyin edilmişdi. Onun rəhbərliyi altında bu mövsüm İspaniya Primyerasında 10 tura 15 xal yığa bilən kataloniyalılar turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. İspaniya nəhənginin UEFA Çempionlar Liqasının qrup mərhələsində də vəziyyəti qənaətbəxşdeyil. İlk 3 tura 1 qələbə qazanan "Barselona" 3-cü yerdə mövqe tutub.