Təhlükəsizlik orqanları dövlətin dayağıdır – deputatdan açıqlama

 
Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə 28 mart tarixinin Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis olunması bu sahədə çalışan insanların əməyinə verilən böyük qiymətin bariz nümunəsidir. Ulu Öndər hər zaman təhlükəsizlik orqanlarının dövlətin dayanıqlığının təmin edilməsində, milli maraqların qorunmasında və sabitliyin möhkəmləndirilməsində əvəzsiz rol oynadığını xüsusi vurğulayıb.

Sumqayit.tv xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan təhlükəsizlik orqanları ötən dövr ərzində mürəkkəb və şərəfli yol keçib, ölkəmizin suverenliyinin, konstitusion quruluşunun və milli maraqlarının müdafiəsində, terrorizmə, ekstremizmə və digər təhlükələrə qarşı mübarizədə yüksək peşəkarlıq nümayiş etdiriblər:

“Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarında həyata keçirilən islahatlar onların fəaliyyətinin daha da təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və kadr potensialının artırılmasına xidmət edir. Müasir çağırışlara uyğun olaraq, milli təhlükəsizlik sisteminin dayanıqlılığı daha da artırılır, qabaqcıl texnologiyaların tətbiqi genişləndirilir və beynəlxalq əməkdaşlıq əlaqələri inkişaf etdirilir”.

S.Salmanova bildirib ki, Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları daim dövlətə sədaqət, xalqa xidmət və peşəkarlıq prinsiplərini rəhbər tutaraq ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün böyük məsuliyyətlə çalışırlar:

“Onların fədakar xidməti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik qorunur, vətəndaşlarımızın təhlükəsizliyi təmin edilir”.

Parlamentari çıxışının sonunda dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarını ürəkdən təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.


28-03-2026, 17:00 88

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Bu gün, 10:45
Dünən, 23:48
Dünən, 23:19
Dünən, 21:37
Dünən, 06:40
Dünən, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058