“Fulya” filminin təqdimatı keçirildi


Oktyabrın 31-də pandemiya səbəbindən bir ildən artıqdır qapıları bağlı qalan  Nizami Kino Mərkəzində nəhayət ilk təqdimat – Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin təqdimatı baş tutdu.

Sumqayit.tv xəbər verir ki, təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və kino xadimləri iştirak edirdi. Ekran işinin yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları Fulya Öztürk və Halil Kahraman da təqdimata qatılmışdı.
44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və operator Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakıda aparılıb.
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan filmin rejissorları Tahir Əliyev və Aykut Taşkın, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.
Təqdimatdan əvvəl jurnalistlərə müsahibə verən Fulya Öztürk Vətən müharibəsində çəkilişləri yada salaraq operator Halil ilə birlikdə 44 gün ərzində tarixdə heç zaman unudulmayacaq dəhşətli hadisələrə şahidlik etdiklərini bildirdi: “Əslində, heç istəmədim filmə mənim adım verilsin. İkinci Qarabağ müharibəsində çoxlu ölən və yaralanan insanlar gördüm. Bu torpaqlarda o qədər çarəsiz qalan körpə, uşaq, ana gördüm ki, çox güclü xarakterim olsa da, həyatımda bu qədər stress yaşamamışdım. Gəncə şəhərində o qətliamı heç zaman unutmayacağam”.
“Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov ekran işinin Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasına yardımçı olacağını qeyd etdi.
Filmin nümayişindən öncə Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov giriş sözü ilə çıxış edərək qonaqları salamladı. Diqqətə çatdırdı ki, bu gün premyerası təşkil edilən “Fulya” filmi nazirliyin Vətən müharibəsi ilə əlaqədar elan etdiyi “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya filmləri müsabiqəsində qalib olan layihələrdən biridir.
Daha sonra filmin yaradıcı heyəti səhnəyə dəvət edildi. Fulya Öztürk çıxış edərək dedi: “Halil Kahramanla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq. İş həyatımda ilk dəfə Ermənistanın törətdiyi cinayətlərə şəxsən şahid oldum. Ermənistanın uşaq qatili olmasının sübutu kimi bu filmi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə və Gəncə hadisələrinin çəkilişlərindən hotelə qayıtdıqda Avropa və Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik. Amma Zəfər Günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Əsas qəhrəmanlar biz deyilik, bu Zəfəri bizə yaşadan qəhrəman şəhidlər, qazilər, Azərbaycan Ordusudur, şəhidlərin ailələridir”.
Sonra “Fulya” filmi nümayiş olundu. Filmdə 44 günlük Vətən müharibəsi günlərində  türkiyəli jurnalistin yaşadıqları və lentə aldıqları görüntülər montaj edilmədən əksini tapıb.


1-11-2021, 13:18 150

Digər xəbərlər

Sumqayıt 37 saylı məktəbdə səlahiyyət qalmaqalı: Keçmiş direktor vəzifədən getsə də, məktəbi əlində saxlayır VİDEOFAKT

Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə TOPLAŞDI: Əli Nağıyev çıxış etdi - VİDEO/FOTO

Sumqayıtda yol polisi "Təmiz hava" aylığı ilə bağlı profilaktik tədbir keçirib

Sumqayıtdan DÇ-2026-ya aparan yol: Prezidentsiz, hökumətsiz, stadionsuz ölkə mundialda - FOTOLAR

Hərbi hissəni partlatmağa çağıran 25 yaşlı müəllimə Sumqayıtda hökm oxundu - FOTO

Sumqayıtda narkomanlar arasında İİV-ə yoluxmada azalma müşahidə olunur – RƏSMİ

Qurumlara göndərilən sorğudan ilk cavab gəldi — Sumqayıt Tibb Mərkəzi mövqeyini açıqladı

Sumqayıtda taxtalı evlər təhlükədə (VİDEO)

Pensiya alanlara sevindirici xəbər - Video

Sürücülərin NƏZƏRİNƏ: Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkətin təşkili dəyişir

Sumqayıtda üç ov tüfəngi aşkarlanıb

TikToker: “Bir ilə 306 min manat qazanmışam”

Sabah Sumqayıtıda 30 min abonent susuz qalacaq XƏBƏRDARLIQ

Tender qalibi MMC yenə gündəmdə – Sumqayıtda iki müqavilə

Sumqayıt sakininin idarə etdiyi avtomobil Qubada piyadanı öldürdü

Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığının Yeni Siyasi Çərçivəsi

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıtda dəmir yolundan 67 min manatlıq metal oğurlayanlar SAXLANILDI

Qurumlar sosial şəbəkə rəylərini izləyirmi? – Sumqayıt TV rəsmi sorğu göndərdi

1 2 3 4 5 6 7 8 9 10 ... 986
Bu gün, 17:47
Bu gün, 16:13
Bu gün, 15:57
Bu gün, 15:50
Bu gün, 15:48
Bu gün, 15:44
Bu gün, 12:29
Bu gün, 11:35
Bu gün, 11:29
Bu gün, 11:24
Bu gün, 10:16
Dünən, 20:48
Dünən, 20:16
Dünən, 13:51
Dünən, 11:52
Dünən, 11:42
Dünən, 10:55
Dünən, 10:36
Dünən, 10:14
17-11-2025, 15:00
17-11-2025, 13:31
17-11-2025, 13:15
17-11-2025, 13:01
17-11-2025, 12:35
17-11-2025, 12:20
17-11-2025, 12:05
17-11-2025, 12:00
17-11-2025, 11:47
17-11-2025, 11:21
17-11-2025, 11:06
17-11-2025, 10:49
17-11-2025, 09:15
17-11-2025, 09:00
15-11-2025, 13:21
14-11-2025, 18:14
14-11-2025, 16:26
14-11-2025, 16:11
14-11-2025, 16:07
14-11-2025, 13:10
14-11-2025, 11:57
1 2 3 4 5 6 7 8 9 10 ... 986