Aqrar Sığorta Fondu və Dövlət Aqrar Universiteti əməkdaşlığa başlayır


Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu və kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması üzrə ölkənin aparıcı ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universiteti birgə əməkdaşlığa başlayıb.

Sumqayit.tv xəbər verir ki, Gəncədə Aqrar Sığorta Fondu (ASF) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlıq barədə memorandum imzalanıb. ADAU-nun rektoru İbrahim Cəfərov və Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovun imzaladığı memorandum qurumlar arasında müxtəlif sahələrdə əməkdaşlığı – məlumat mübadiləsini, tələbələr üçün təcrübə proqramları və aqrar sığorta sistemində ADAU-nun məzunlarına işlə təmin olunma imkanının yaradılmasını nəzərdə tutur.
Sənədə əsasən qurumlar təhsil və aqrar sığorta sahələrində müasir texnologiyalar və innovasiyalar sahəsində əməkdaşlıq edəcəklər, tərəflərin nümayəndələrinin iştirakı ilə birgə layihə və tədqiqatlar həyata keçiriləcək, konfranslar, təlimlər və seminarlar təşkil olunacaq, ictimai əhəmiyyət kəsb edən təşəbbüslər birgə dəstəklənəcək. Memorandum ADAU-nun tələbələrinin Aqrar Sığorta Fondunda və tərəfdaş şirkətlərdə istehsalat və yay təcrübələrində iştirakını, müvafiq sertifikatla təmni edilməsini nəzərdə tutur. Bundan başqa, universiteti bitirmiş məzunların və xüsusi istedadlı tələbələrin Aqrar sığorta sistemində (Aqrar Sığorta Fondu və sistemin üzvü olan 8 Sığorta şirkətində) işlə təmin edilməsi üçün imkanlar yaradılacaq.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov aqrar sığortanın əhəmiyyətinə toxunub. Rektor bildirib ki, imzalanma iki qurum arasında böyük əməkdaşlığın başlanğıcıdır və ADAU-nin kollektivi aqrar sığortanın təbliği, bu sahənin inkişafı üçün tələb olunan işləri yerinə yetirməyə hazırdır. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov ölkədə aqrar sığortanın əhatə dairəsinin sürətlə genişləndiyini, sığorta haqlarının 50%-nin dövlət tərəfindən ödənildiyini bildirib. Fond rəhbəri aqrar sığorta sistemində ADAU-nun tələbələri üçün geniş imkanların olduğunu bildirərək buna müstəqil aqrar sığorta ekspertləri institutunu nümunə göstərib. Hazırda belə ekspertlər yüksək məbləğdə - ayda 5-7 min manat, bəzən 10 min manata yaxın ödəniş əldə edirlər və belə mütəxəssislərə ölkənin bütün ərazilərində ehtiyac var.
Tədbirdə çıxış edən ADAU-nun «Maliyyə və iqtisadi nəzəriyyə» kafedrasının müdiri Məhərrəm Hüseynov ölkəmizdə aqrar sığortanın tətbiqini kənd təsərrüfatı və maliyyə-sığorta sistemi üçün mühüm yenilik adlandırıb. O, aqrar sığortanın əhatə dairəsinin genişlənməsini, eləcə də gələcəkdə indeks əsaslı sığotaya keçidin də vacib olduğunu qeyd edib. Yeri gəlmişkən, artıq yaxın günlərdə aqrar sığortanın əhatə etdiyi risklər və predmetlərin siyahısı genişləndiriləcək.
İmzalanma mərasimində ADAU-nun tələbələri aqrar sığorta, müstəqil ekspertlərin fəaliyyəti və digər məsələlərlə bağlı ASF rəsmilərinə çoxsaylı suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
Aqrar Sığorta Fondu və Dövlət Aqrar Universiteti əməkdaşlığa başlayır Aqrar Sığorta Fondu və Dövlət Aqrar Universiteti əməkdaşlığa başlayır Aqrar Sığorta Fondu və Dövlət Aqrar Universiteti əməkdaşlığa başlayır

1-11-2021, 14:47 210

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041