Bakıda sürücülüəri talayan qız saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin sözçüsü mayor Elşad Hacıyev məlumat verib :
"Məni polis tuta bilməz", -deyib Bakı şəhərində taksi sürücülərini aldadaraq onların gündəlik zəhmətlə qazandığı 20-30 manat pulunu talayan yeniyetmə qız müəyyən olunaraq saxlanılıb. Bu adamlar cəmiyyətdə inamı zədələyir. Axı, gündəlik zəhmətlə çalışan adamda mərhəmət hissi yüksək olur. O ülvi hiss niyə dağıtmağa cəhdlər edilir?!
P.S. Cinayətə meylli şəxslərə xəbər edin: etməyin, eləməyin -geci-tezi var, tutulacaqsız. Hər bir cinayətkar özündən sonra ən azı bir iz qoyur. O iz tapılacaqdır. Bu, samanlıqda iynə axtarmağa bərabər olsa da...."