Xüsusi təyinatlı bölmələrin növbəti taktiki-xüsusi təlimi keçirilib - VİDEO


Əlahiddə Ümumqoşun Orduda növbəti taktiki-xüsusi təlim keçirilib. Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi təlimi Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubları izləyib.

Sumqayit.tv xəbər verir ki, taktiki-xüsusi təlimin senarisinə uyğun olaraq pilotsuz uçuş aparatlarından və digər kəşfiyyat vasitələrindən əldə edilmiş məlumata əsasən düşmənin xüsusi hazırlıq keçmiş terror qruplaşmaları dinc və sabitlik şəraitində yaşayan insanlara qarşı təxribat törətmək üçün silah-sursat anbarlarına qanunsuz daşıma fəaliyyəti həyata keçirirlər.
Təxribata hazırlaşan terror qruplaşmasının rəhbərinin sağ olaraq ələ keçirilməsi və dinc insanları hədəf alan silah-sursat anbarlarının aşkarlanaraq məhv edilməsi məqsədilə xüsusi təyinatlı bölmələrimiz antiterror əməliyyatına başlayır.
Xüsusi təyinatlılarımız nəqliyyat-döyüş helikopterlərinin dəstəyi ilə terrorçuların gizləndikləri binaya basqın həyata keçirirlər.
Antiterror əməliyyatlarının icrası zamanı müxtəlif üsul və vasitələrdən istifadə etməklə binaya daxil olan xüsusi həmlə qrupları təxribatçıları zərərsizləşdirməyə davam edirlər.
Yaxın döyüş və atəş üsullarının tətbiqi ilə terrorçuları zərərsizləşdirən xüsusi təyinatlılarımız mülki vətəndaşlarımızı hədəf alan düşmənin silah-sursat anbarlarını aşkarlayaraq partladırlar.
Əməliyyat rayonundan qaçmağa cəhd edən terror qruplaşmasının rəhbəri digər istiqamətdə xüsusi həmlə qrupumuz tərəfindən pusquya salınır və sağ olaraq ələ keçirilir.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev xüsusi təyinatlı bölmələrimiz tərəfindən 44 günlük Vətən müharibəsində olduğu kimi təlimlər zamanı da tapşırıqların yüksək peşəkarlıqla icra edilərək qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu diqqətə çatdırıb.
Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.


23-11-2021, 10:58 402

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041