Bakıda "Baytarlıq elmi XXI əsrdə" mövzusunda beynəlxalq konfrans keçirilir


Bakıda Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 120 illik yubleyinə həsr olunmuş “Baytarlıq elmi XXI əsrdə - gələcəyə doğru innovasiyalar” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransda xarici ölkələrdən alimlər, mütəxəssislər və heyvandarlıq təsərrüfatlarının baytar həkimləri iştirak edir.

Sumqayit.tv xəbər verir ki, əvvəlcə canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova deyib ki, institut baytarlıq sahəsində fundamental və innovativ elmi-tədqiqat işlərinin aparılması, yeni müalicə və profilaktika vasitələrinin axtarılması istiqamətində fəaliyyət göstərir. Baytarlıq elmində əldə olunmuş yeni nailiyyətlərin təsərrüfatlarda geniş tətbiq edilməsi müvəffəqiyyətlə həyata keçirilir.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur, aqrar sahənin, o cümlədən heyvandarlığın inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Qeyd edib ki, heyvandarlığın inkişafı, bu sahəyə marağın artması baytarlıq xidmətlərinin günün tələblərinə uyğun qurulmasını zəruri edir. Son illər ərzində Baytarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşlarının təqdim etdiyi heyvan xəstəlikləri ilə mübarizə metodlarının heyvandarlıq təsərrüfatlarında tətbiqi nəticəsində heyvanlar arasında bir sıra xəstəliklərin ləğvinə nail olunub, bəziləri isə minimum səviyyəyə endirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli respublikada yaradılan qida təhlükəsizliyi sisteminin beynəlxalq tələblərə və qabaqcıl təcrübələrə əsaslandığını diqqətə çatdırıb. Bildirib ki, hazırda ölkəmizdə qida təhlükəsizliyinin əsas komponentlərindən olan heyvan sağlamlığının təmin edilməsi sahəsində ardıcıl və məqsədyönlü tədbirlər görülür.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Azərbaycanda baytarlığın inkişafı istiqamətində aparılan elmi-tədqiqat işləri və onların nəticələrinin praktikada tətbiqinin əhəmiyyəti barədə məlumat veriblər. Vurğulanıb ki, müasir laboratoriyaların fəaliyyəti, peşəkar kadr potensialı institutun qarşısına qoyulmuş tapşırıq və vəzifələrin gələcəkdə də uğurla yerinə yetirilməsini təmin edəcək.
Tədbir çərçivəsində baytarlıq elminin inkişafında xüsusi xidmətləri olan alim və baytar həkimlərə təşəkkürnamələr təqdim edilib. Konfrans kənd təsərrüfatı, ev və vəhşi heyvanların, quşların, arıların və balıqların infeksion, invazion və yoluxmayan xəstəliklərinin ən müasir texnologiyalar əsasında öyrənilməsi, baytarlıq-sanitariya, müalicə-profilaktika, molekulyar biologiya və digər sahələrdə son illərdə aparılmış nəzəri və praktiki tədqiqatların mühüm nəticələri, gələcək perspektivlərin müzakirəsi ilə davam etdirilib. Konfrans noyabrın 26-da başa çatacaq. 
Bakıda "Baytarlıq elmi XXI əsrdə - gələcəyə doğru innovasiyalar" mövzusunda beynəlxalq konfrans keçirilir Bakıda "Baytarlıq elmi XXI əsrdə - gələcəyə doğru innovasiyalar" mövzusunda beynəlxalq konfrans keçirilir

25-11-2021, 17:01 173

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041