Seulda Qarabağın investisiya potensialının təqdimatı keçirilib


Koreya Respublikasının paytaxtı Seul şəhərində “Azərbaycan – Cənubi Koreya Ticarət Forumu” keçirilib. Tədbirdə idxalın təşviqi sahəsində fəaliyyət göstərən Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) üzv şirkətləri iştirak edib.

Sumqayit.tv xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev sahibkarlığın stimullaşdırılması və rəqabət qabiliyyətinin artırılması üçün görülən işlər, pandemiya dövründə kiçik və orta biznesə (KOB) dəstək mexanizmləri, maliyyə resurslarına sadələşdirilmiş çıxışın təmin olunması və digər tədbirlər nəticəsində qeyri-neft ixracında əldə olunmuş uğurları diqqətə çatdırıb. Belə ki, pandemiyanın təsirlərinə baxmayaraq, 2021-ci ilin ilk 10 ayı ərzində qeyri-neft sektoru 5.9%, ixrac 37.7%, qeyri-neft ixracı isə müstəqilliyimizin bərpasından indiyədək olan dövrdə ən yüksək həddə - 42% artıb. Torpaqlarımızın işğaldan azad edilməsi ilə yaranan yeni reallıqları və innovativ təşəbbüslərin həyata keçirilməsi imkanlarını vurğulayan nazir müavini bu ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib, koreyalı investorları fəal əməkdaşlığa dəvət edib.
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov qeyd edib ki, “Made in Azerbaijan” brendi altında Azərbaycan məhsullarının Koreya və Asiya bazarlarına ixrac olunması üçün KOIMA ilə əməkdaşlıq əhəmiyyətlidir. Bu baxımdan, belə tədbirlərin təşkil edilməsi və biznes əlaqələrinin intensivləşdirilməsi zəruridir.
KOIMA-nın sədri Qvanq-hee Honq biznes və ixracın təşviqi sahəsində həyata keçirilən tədbirlərin işgüzar dairələr arasında tərəfdaşlıqda önəmini vurğulayıb, Koreya şirkətlərinə Azərbaycanın işgüzar şəraitindən yararlanaraq ölkəmizin biznes dairələri ilə əlaqələri genişləndirməyi tövsiyə edib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda reallaşdırılan təşviq tədbirləri, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması və ölkəmizin ixrac potensiallı məhsulları barədə təqdimatla çıxış edib.
Tədbir çərçivəsində Azərbaycan məhsullarının sərgisi keçirilib.
Azərbaycan nümayəndə heyəti ilə KOIMA arasında keçirilən ikitərəfli görüşdə isə ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Həmin gün Seulda Ticarət və İnvestisiya Forumu keçirilib. Forumda sənayenin müxtəlif istiqamətlərində fəaliyyət göstərən şirkətlər iştirak edib.
Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu tədbirdə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov, KOTRA-nın icraçı vitse prezidenti Tae-ho Kim və digər şəxslər iştirak edib.
Tədbirdə işğaldan azad olunmuş ərazilərimizin inkişafı, Qarabağ regionunda icra olunan infrastruktur layihələri, bərpa-quruculuq işləri, həmçinin bu ərazilərin investisiya potensialı və zəngin təbii ehtiyatları barədə məlumat verilib, Azərbaycanda sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, vergi güzəştləri, sektoral imkanlar barədə təqdimat nümayiş olunub.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə KOTRA arasında görüş keçirilib, investisiya və biznes əlaqələrinin genişləndirilməsi müzakirə edilib.

26-11-2021, 15:41 151

Digər xəbərlər

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 17:12
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
1 2 3 4 5 6 7 8 9 10 ... 964