Laçına indi yeni həyat bəxş edilir


 
Dekabrın 1-i xalqımızın Vətən müharibəsindəki zəfər salnaməsinin növbəti əlamətdar günlərindən biridir.
Ötən ilin məhz həmin tarixində üçtərəfli Bəyanatın şərtlərinə əsasən 44 günlük müharibədə darmadağın edilmiş Ermənistan ordusunun qalıqları Laçın rayonundan çıxarılmışdı. Bu gün Laçının azadlığının birinci ildönümü tamam olur.


Laçının 1992-ci ilin may ayında işğal olunması Azərbaycanda gedən hakimiyyət çəkişmələrinin, iqtidara can atan qüvvələrin milli xəyanətlərinin nəticəsi idi. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Şuşa, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın strateji mövqeyi  ilə ermənilərin işğalçılıq planlarının qarşısında böyük sipər idi. Ona görə də düşünmək olardı ki, Xocalıdan və Şuşadan sonra dərs götürən Azərbaycanın o zamankı rəhbərliyi güclü strateji mövqeyi olan bu rayonun işğal edilməsinə imkan verməyəcəkdir. Lakin Laçın da Xocalı və Şuşa kimi düşmənin qarşısında müdafiəsiz qaldı. Laçının işğalı ilə düşmən strateji üstünlüyünü daha da artırdı, Ermənistandan Qarabağa gedən yollara nəzarəti ələ keçirdi. Bununla da Azərbaycanın digər rayonlarının işğalı üçün münbit şərait formalaşdı. Ötən il dekabrın 1-də Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev xalqa müraciətində bu barədə demişdi: "Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun. 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının işğal altına düşməsi böyük itkimiz idi”.
Ermənilər strateji mövqeyi olan Laçını danışıqlar yolu ilə azad etmək fikrində deyildilər və bunun üçün Azərbaycana qəbulolunmaz şərtlər irəli sürürdülər, hətta rayona eybəcər bir ad da uydurub qoymuşdular. Lakin Azərbaycan xalqı inanırdı ki, işğal altındakı bütün torpaqlarımız, o cümlədən Laçın da işğaldan azad ediləcək. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsi xalqımızın ən böyük arzusunun həyata keçməsi ilə əlamətdar oldu. Müharibə günlərində şəhər və rayonlarımız işğaldan azad olunduqca azadlığın tezliklə Laçına da çatacağına əminlik yaranırdı. Özü də nəinki laçınlılar, bütün xalqımız Laçının azad olunması müjdəsini gözləyirdi. 2020-ci il noyabr ayının 9-da Ali Baş Komandan İlham Əliyev özünün "Tviter” hesabında Laçının Güləbird, Səfiyan və Türklər kəndlərinin işğaldan azad olunduğunu bəyan etdi. Müzəffər Ordumuzun düşməni darmadağın edərək Laçının cənub ərazilərinə gəlib çıxması  göstərirdi ki, rayonun tam azad olunacağı gün uzaqda deyil.
Şuşanın azad edilməsindən sonra  Ermənistanın hakimiyyət orqanları dərk etdilər ki, onların Azərbaycan Prezidenti İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa yolları yoxdur. Ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat düşmənin məğlubiyyətinin hüquqi-siyasi təsdiqi oldu. Bəyanata əsasən bir güllə belə atılmadan 2020-ci il noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın işğaldan azad edildi. Bu, Ali Baş Komandan İlham Əliyevin tarixi siyasi-diplomatik qələbəsi kimi xalqımızın zəfər salnaməsinə həkk olundu. Laçının azad olunması Vətən müharibəsindəki qələbənin siyasi-diplomatik təntənəsi idi.
Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.  Laçının bərpası, sakinlərinin öz doğma torpaqlarına qayıtmaları dövlət başçısının diqqət mərkəzindədir. Böyük qayıdışın ilk addımlarından olan infrastrukturların bərpası Laçında da sürətlə həyata keçirilməkdədir. Təsadüfi deyil ki, işğaldan azad olunan ərazilərdə başa çatdırılan ilk infrastruktur layihələrindən biri Laçının Güləbird kəndindəki su elektrik stansiyasıdır.
Prezident İlham Əliyevin sərəncamına əsasən 72,8 kilometr uzunluğunda Kəlbəcər-Laçın avtomobil yolu inşa edilir. Laçında beynəlxalq hava limanının inşası isə bütün bölgənin beynəlxalq statusunu artıracaq, gələcək sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının böyüklüyünü göstərir.
Laçını azad edən Prezident İlham Əliyev ona yeni həyat bəxş edir. Bütün azad olunmuş rayonlarımız, o cümlədən Laçın qısa müddətdə yenidən qurulacaq, keçmiş məcburi köçkünlər doğma el-obalarına qayıdacaqlar. Azərbaycanın bu dilbər rayonu tezliklə tarixi şöhrətini bərpa edəcək.
 
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı




1-12-2021, 13:40 166

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 15:22
Bu gün, 15:16
Bu gün, 15:13
Bu gün, 15:04
Bu gün, 10:28
Bu gün, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963