Türkiyə Ermənistanla sərhəddə antiterror əməliyyatına başlayıb.Türkiyənin Daxili İşlər Nazirliyi Ağrı, Ərzurum və Qarsda “Eren Kış-10” adı altında antiterror əməliyyatı keçirir.
Nazirlikdən bildirilib ki, PKK terror qruplaşmasını ölkənin gündəliyindən çıxarmaq və terrorçuların zərərsizləşdirilməsi məqsədilə Ağrı, Ərzurum və Qarsdakı əməliyyat keçirilir.
Qeyd edilib ki, Ərzurum Jandarm bölgə Komandanlığının cəlb edildiyi əməliyyatda yerli Jandarm Komandosu, Jandarm Xüsusi Təyinatlı Dəstəsi, təhlükəsizlik qoruyucularından ibarət 790 şəxsi heyətlə 70 komanda iştirak edir.