AFAD nümayəndə heyəti FHN-nin Akademiyasında olub (video, foto)


Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) rəhbərinin müavini İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti 3 dekabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında olub.

Sumqayit.tv xəbər verir ki, qonaqları salamlayan Akademiyanın rəisi general-mayor Baba Salayev AFAD təmsilçilərini rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Akademiyanın fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən B.Salayev burada tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını deyib. O, Akademiyada təhsilin iki ixtisas üzrə bakalavriat və magistratura səviyyəsində təşkil olunduğunu açıqlayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının Fəlakət və Fövqəladə Hallar Departamenti rəhbərinin müavini İsmayıl Palakoğlu FHN Akademiyasında olmaqdan məmnunluq ifadə edib. Qonaq təmsil etdiyi qurum haqqında danışıb, fövqəladə halların qarşısnın alınması və nəticələrinin aradan qaldırılması istiqamətində yüksək ixtisaslı kadrların mühüm rol oynadığını qeyd edib. İ.Palakoğlu hər bir sahədə olduğu kimi, fövqəladə hallarla mübarizə sahəsində də kadr potensialının gücləndirilməsinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyinə toxunub.
Sonra tədbirdə AFAD-ın fəaliyyət istiqamətlərindən bəhs edən videoçarxlar nümayiş olunub. AFAD Planlama və riskazaltma şöbəsinin müdiri Abdulkadir Tezcan qurumun fəaliyyət istiqamətləri, fövqəladə halların qarşısının alınması, risklərin idarə edilməsi və təsirinin azaldılmasına dair görülən işlər barədə məlumat verib.
Daha sonra qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, fənn kabinetləri və kitabxanaya baş çəkib, ali təhsil müəssisəsinin maddi-texniki bazasını və 10 illik fəaliyyətini əks etdirən Muzeyə baxıblar.
Sonda xatirə şəkli çəkdirilib.
 








 

3-12-2021, 16:30 246

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041