Sabahın alimlərinə medallar təqdim edilib

Sabahın alimlərinə medallar təqdim edilib

“Sabahın alimləri” X Respublika Müsabiqəsinin qaliblərinə finalçı medalları təqdim edilib.

 

Təqdimetmə mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli iştirak edib.

 

Mərasimdə çıxış edən nazirliyin əməkdaşları şagirdləri qazandıqları müvəffəqiyyət münasibətilə təbrik edib və onlara yeni uğurlar arzulayıblar.

 

Bildirilib ki, sözügedən müsabiqə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq 10-17 fevral tarixlərində onlayn şəkildə keçirilib. Müsabiqə İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunub.

 

“Sabahin alimləri” X Respublika Müsabiqəsinin  qalibləri sırasından seçilmiş 7 layihə ilə 10 şagird Azərbaycanı ABŞ-da keçirilən İSEF-Mühəndislik sərgisində 16-21 may tarixlərində  onlayn təmsil edib. Şagirdlər müsabiqədə müvəffəqiyyətlə iştirak edərək münsiflər tərəfindən yüksək qiymətləndirilib və finalçı medallarına layiq görülüblər.

 

Mərasimin sonunda medallar təqdim edilib, xatirə şəkili çəkdirilib.

 

Qeyd edək ki, sözügedən müsabiqədə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Rafiq Qasımov riyaziyyat üzrə “Triqonometriyanın köməyi ilə bəzi cəbri misalların həlli”, Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksinin XI sinif şagirdi Emin Xəlifəyev fizika üzrə “İon birləşmələrinin dayanıqlılığının və daha sıx materialların nisbi mexaniki xüsusiyyətlərinin araşdırılması”, Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin X sinif şagirdləri Tamila Süleymanova və Rəfsan Həbibullayev biologiya üzrə “Ximer RNT-lər və zülallar”, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin IX və XI sinif şagirdləri  Murad Məmmədzadə və Banuçiçək Kərimli tibb və sağlamlıq üzrə “Speech synthesizer”, Bakı Avropa liseyinin X sinif şagirdi Faiq Qasımov tibb və sağlamlıq üzrə “NİRS-neonatal qıcolmaların diaqnostikasında innovativ yanaşma", nazirliyin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Məhəmməd Abbaslı mühəndislik üzrə “Army Bot”, Bakı şəhəri 260 nömrəli tam orta məktəbin və Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin X sinif şagirdləri İlkin Səmədov və ƏliAkif Əkbərzadə kompüter elmləri üzrə “Tədrisdə virtual laboratoriyanın yaradıl­ması və onun tətbiqi" adlı layihələri ilə çıxış ediblər.


7-12-2021, 16:38 206

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041