Azərbaycan Karyera İnkişaf Forumu keçirilib


Dekabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişaf Forumu keçirilib.
 
Sumqayit.tv
xəbər verir ki, “Gələcəyə hazır ol!” devizi ilə keçirilən forumun məqsədi daim dəyişən əmək bazarı barədə məlumatlılığı artırmaq, iştirakçıları gələcəyin peşə və bacarıqları ilə tanış etmək, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün atılmalı addımları müzakirə etməkdir.
 
Forumda təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, millət vəkilləri, dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin nümayəndələri, karyera mərkəzlərinin təmsilçiləri iştirak ediblər.
 
Dövlət məşğulluq agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli iştirakçıları salamlayaraq forumun fəaliyyəti haqqında olan videoçarxı təqdim edib.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxış edib, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, rəqəmsal məşğulluğun tətbiqi işlərini, peşəyönümü məsləhət xidmətinin gənclərin karyera planlamasında əhəmiyyətini qeyd edib. Sahil Babayev ölkədə hər il əmək bazarına təxminən 100 mindən çox gəncin daxil olmasının əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi qarşıya mühüm vəzifə qoyduğunu qeyd edib.
 
Forumda çıxış edən təhsil naziri Emin Əmrullayev təhsilin insan inkişafında əvəzsiz rol oynadığını bildirib. Təhsil naziri həmçinin, peşə təhsilinin yaratdığı imkanları vurğulayaraq bu sahəyə olan marağın daha da yüksəldiyini deyib. Nazir bildirib ki, peşə təhsilinə qəbul olmaq istəyənlərin sayında 30 faiz, qəbul olanların sayında isə 12 faiz artım var. Hazırda peşə təhsilində təhsil alanların sayı isə 26 600 nəfərdir.

Təhsil sahəsinin daha da inkişafı üçün  müəyyən addımların atıldığını vurğulayan Emin Əmrullayev qısa müddətdə tətbiq edilə biləcək yeniliklərdən də söz açıb.
 
Gənclər və idman naziri Fərid Qayıbov karyeranı insanları daha da inkişaf etdirən sosial status olaraq adlandırıb və ölkədə gənclərin inkişafı üçün yaradılan şərait, keçiriləcək layihələr haqqında məlumat verib.
 
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev dəstək tədbirlərinin sahibkarlığa kömək etdiyini deyib, mövcud insan kapitalından düzgün istifadənin önəmindən danışıb. Artıq əmək bazarına daxil olan potensiallı gənclərdən söz açan Elnur Əliyev həmin gənclərin inkişafı üçün yardımların göstərilməsinin əhəmiyyətini vurğulayıb.
 
Forumda Türkiyənin Çağ Universitetinin fərdi inkişaf və strateji idarəçilik eksperti Murat Koç və İsraildən beynəlxalq spiker Tal Catran, eləcə də digər xarici və yerli spikerlər tərəfindən “Karyera məsləhət xidmətinə niyə investisiya edilməlidir?” “Postpandemiyada dəyişən trendlər: çətinlikləri fürsətlərə necə çevirməli?”, “Əmək bazarı və gələcəyin bacarıqları”, “Böyük şirkətlərə aparan karyera yolu-innovasiya və startapların karyeramıza təsiri”, “Uğura aparan karyera yolu. Dövlətin yaratdığı imkanlar” və digər mövzularda tematik seminarlar keçirilib. 

8-12-2021, 14:45 163

Digər xəbərlər

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 17:12
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
1 2 3 4 5 6 7 8 9 10 ... 964