Qanunsuz silahlar aşkar olunaraq götürülüb


Daxili İşlər Nazirliyindən Sumqayit.tv-yə verilən məlumata görə, Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Tədbirlərlə dekabrın 8-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan müvafiq sənədləri və icazəsi olmayan  16 ədəd ov tüfəngi aşkar olunaraq götürülüb.


Polis əməkdaşları tərəfindən Biləsuvar rayonunda Bəydili kənd sakini Ş.Adışovdan, Astara rayonunda Şiyəkəran kənd sakini B.Nəcəfovdan, Zərdab rayonunda Qoruqbağı kənd sakini Ş.Rəsulovdan, Ucar rayonunda Çiyni kənd sakini R.Əliyevdən, Beyləqan rayonunda İmamverdilər kənd sakini M.Abdullayevdən, Örənqala kənd sakini E.Əliyevdən, Ağdaş rayonunda Qolqəti kənd sakini P.Əyyubovdan, Hacıqabul rayonunda Rəncbər kənd sakini İ.Qəhrəmanovdan, Qəbələ rayonunda Nic qəsəbə sakinləri Q.Çələbiyevdən, R.Qiqinaridən və M.Kamanovdan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Siyəzən, Ağsu, Goranboy və Şəki rayonlarında 4 vətəndaş qanunsuz saxladıqları “İJ” markalı ov tüfənglərini könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.
Silahlar aidiyyəti üzrə təhvil verilib. Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

9-12-2021, 13:16 168

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041