“Expo 2020 Dubai”-da Qarabağda aqrar sahəyə investisiya imkanları təqdim olunub


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisi çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkəmizin aqrar imkanları barədə təqdimatlar keçirilib.

Sumqayit.tv xəbər verir ki, “Dubay Expo Mərkəz”də baş tutan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin və Baş Konsulluğunun yüksək vəzifəli  şəxsləri, Azərbaycan Respublikasının Dubaydakı ticarət nümayəndəsi, eləcə də xarici şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev və Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirinin müşaviri Cavid Musayev Azərbaycanda aqrar sahədə mövcud investisiya imkanları barədə məlumat veriblər. Azərbaycan nümayəndə heyəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində investisiya üçün aparıcı istiqamətlər və potensial layihələr, Qarabağda həyata keçirilən “Ağıllı kənd” layihəsi və bu sahədə görülmüş işlər, ölkədə tətbiq edilən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi barədə təqdimatlar keçirilib. Tədbir çərçivəsində, “Ağıllı Kənd” layihəsi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi ilə bağlı videoçarxlar yayımlanıb.
Təqdimatlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əlverişli investisiya imkanları barədə məlumatlar xarici iş adamları və özəl sektorun nümayəndələri ilə bölüşülüb.
Tədbir hər iki dövlətin dövlət və özəl sektor nümayəndələri arasında işgüzar görüşlərlə davam edib.
“Expo 2020 Dubai” sərgisində işğaldan azad olunmuş ərazilərdə aqrar sahəyə investisiya imkanları barədə təqdimatlar keçirilib



13-12-2021, 15:25 219

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041