Şamaxıda könüllülərin iştirakı ilə “Bir Addım” layihəsi keçirilib


Şamaxı şəhərində düşərgə formatlı "BİR Addım" layihəsi keçirilib. Layihə "Bir Könüllü" Təşkilatının təşkilatçılığı, Gənclər Fondunun dəstəyi, Təhsil Nazirliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə keçirilib.
 
Sumqayit.tv xəbər verir ki, Azərbaycan könüllülərinin dünyagörüşünün artırılması, intellektual qabiliyyətinin inkişaf etdirilməsi, komanda ilə işləmə bacarığının aşılanması və könüllü təşkilatları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə keçirilən layihədə 16 müxtəlif könüllü təşkilatının üzvlərindən ibarət 7 komanda iştirak edib.

Layihə çərçivəsində “Bir Addım” iştirakçıları üçün  “Komanda quruculuğu”, "Vətəndaş Cəmiyyətində Debat", “Layihələrin idarə olunması” və “Təqdimat bacarıqları”, “İdarəçilik”, “Könüllülük və şəxsi inkişaf” mövzusunda maarifləndirici təlimlər təşkil edilib. 

Layihə iştirakçılarının intellektual qabiliyyətinin inkişaf etdirilməsi istiqamətində “Tap görək”, “Nə?, Harda?, Nə zaman?” və “Code Tusi” intellektual komanda oyunları keçirilib. 

Mədəni hissə çərçivəsində isə bacarıqlı “Bir addım” iştirakçıları tərəfindən musiqilər ifa olunub.

Layihənin bağlanış mərasimində layihə iştirakçıları və intellektual komanda oyunlarının qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən “Bir Könüllü” Təşkilatı 27 mindən çox tələbə-üzvə malikdir və indiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və təşkilata üzv ola bilərlər.




23-12-2021, 11:44 224

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041