Hərbçilər üçün "Sonsuz Tanrı məhəbbəti" tamaşası nümayiş olunub - VİDEO




Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda 2021-ci il - "Nizami Gəncəvi İli" çərçivəsində növbəti tədbir keçirilib. Azərbaycan Ordusunun birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, qoşun növləri və qisimləri , eləcə də əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodiki toplantısı iştirakçıları üçün təşkil edilmiş tədbirdə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan, insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin yaradıcılığının müstəsna əhəmiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci il  Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilib. Nizami Gəncəvi bu gün də müasirdir. Azərbaycan Ordusunda böyük qüvvə olan gənclərin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində, onların milli dəyərlərimizə, ənənələrimizə, mənəvi və iradi keyfiyyətlərə yiyələnməsində ustad sənətkarın yaradıcılığı əvəzolunmaz bir vasitədir.
Nəzərə çatdırılıb ki, dahi Nizaminin ədəbi qəhrəmanları Vətənini, yurdunu sonsuz məhəbbətlə sevir, ağıllı, cəsarətli və hünərlidir, doğma torpağını yadellilərin basqınlarından mərdliklə qorumağa, qılınc alıb, meydanda özünü göstərməyə, "doğma ölkəsinə qol-qanad" verməyə, öz ölkəsinin müstəqilliyini, ərazi bütövlüyünü əbədi və sarsılmaz etməyə, Vətənin azadlığını hər şeydən uca tutmağa qadirdir.
Qeyd olunub ki, hər bir gənc ömründə heç olmasa bir dəfə öz Vətəni uğrunda, torpağı uğrunda qəhrəmanlıq nümunəsi göstərməli, yeri gələrsə, bu amal uğrunda canından, qanından keçməyi bacarmalıdır. Nizami Gəncəvinin cavanlara ünvanladığı bu misralarda deyildiyi kimi:
 
Cavansan, şir kimi cəsarətin var,
Tacidar olmağa ləyaqətin var.
Ölkəni fitnədən xilas edərək,
Qüdrətini göstər bir dəfə görək,
 
- deyə Abdulla Qurbani vurğulayıb.
Sonra Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi Xalq artisti, “Şöhrət” ordenli, görkəmli rejissor Mərahim Fərzəlibəyovun səhnələşdirdiyi və quruluş verdiyi "Sonsuz Tanrı məhəbbəti" tamaşasını təqdim edib. Tamaşa Nizami Gəncəvi yaradıcılığı əsasında hazırlanan ibrətamiz yubiley tamaşasıdır. 
Tədbir iştirakçıları Tural Əhmədin (Nizami Gəncəvi), Toğrul Rzanın (Qızıl Arslan), Zülfiyyə Məmmədovanın (Afaq), Əməkdar artist Səmayə Sadıqovanın (Qarı), Əməkdar artist Əhməd Salahovun (Sultan Səncər) və digər aktyorların çıxışlarını alqışlarla qarşılayıblar. 
Tamaşadan sonra polkovnik Elşad Əbilov təlim-metodiki toplantı iştirakçıları adından Bakı Bələdiyyə Teatrının kollektivini uğurlu tamaşa münasibətilə təbrik edib və unudulmaz sənətkarlarımız: Xalq artistləri Amalya xanım Pənahova və Yusif Muxtarovun 29 il öncə yaratdıqları bu teatrın - "Döyüşən teatrın" Azərbaycan Ordusunun şəxsi heyəti ilə bundan sonra da əlaqələrinin davam etdiriləcəyinə əminliyini bildirib. 
Sonda yaradıcı kollektivə Müdafiə Nazirliyi adından hədiyyələr və gül dəstələri təqdim olunub.



23-12-2021, 17:58 229

Digər xəbərlər

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 18:11
Dünən, 20:00
Dünən, 19:01
Dünən, 09:07
Dünən, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
1 2 3 4 5 6 7 8 9 10 ... 972