Azərbaycan “Delta” ştammının əhatəsində - yeni təhlükə ölkəmizə də gələrsə...

Zülfüqar Yusifov: “Qarşılaşacağımız ştammlar nəinki ”Delta", hətta “Beta”, “Qamma” da ola bilər, əsas odur ki..."

Dünya üçün yeni təhlükə hesab edilən “Delta” ştammı artıq Azərbaycan sərhədlərini əhatə etməyə başlayıb. Yeni ştamm sərhədimizdə olan İranda, Gürcüstanda, Rusiyada və qardaş Türkiyədə aşkar edilib. Mütəxəssislər yoluxma və öldürücülük qabiliyyəti yüksək olan “Delta” ştammının ölkəmizdə də yayılmasının sadəcə bir an məsələsi olduğunu bildirir. Bəzi ekspertlər hava uçuşlarına məhdudiyyətlərin qoyulması, epidemioloji nəzarətin daha da gücləndirilməsini tövsiyə edir.
Azərbaycanda ümumi koronavirusla bağlı vəziyyətə gəldikdə isə çox təəssüf ki, son bir neçə gündə gündəlik yoluxma statistikasında artım müşahidə olunur. Məsələn, ötən həftə yoluxma sayı 20-30 nəfər arasında dəyişirdisə, 30 iyuna olan məlumata görə, ölkədə 87 yoluxma və 3 ölüm faktı qeydə alınıb. Halbuki bir müddət idi ki, gündəlik ölüm faktı da qeydə alınmırdı. Bəs ölkədəki epidemioloji vəziyyətə təsir edən amillər hansılardır?
Bu və digər məsələlərlə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb. Həkim ilk öncə “Delta” ştammının Azərbaycan sərhədlərinə yaxınlaşmasından söz açıb:
“Bəli, bu bir faktdır ki, artıq ətraf ölkələrdə bu ştamm aşkar edilib. Bu o deməkdir ki, qorunma tədbirlərini daha da gücləndirməli, təmasa diqqət etməliyik, tələb olunan yerdə mütləq şəkildə maskadan istifadə olunmalıdır.
Hesab edirəm ki, aidiyyəti orqanlar “Delta” ştammının ölkəmizin yaxınlığına qədər gəlib çıxmasını nəzərə alaraq, ölkəyə giriş-çıxışa məhdudiyyətlər qoyulmasa da epidemioloji nəzarəti gücləndirmək lazımdır. Çünki əgər yenidən məhdudiyyətlər qoyularsa, bu, həyatımıza, yaşayış tərzimizə yenidən pis təsir edəcək və bu olduqca ciddi problemləridir. Yəni məhdudiyyətlərin yaranması həyatımıza virusdan az zərbə vurmur. Bununla artıq keçmiş təcrübələrimiz var.
Əlbəttə ki, hökumət də həmişə istəyir ki, hərəkətlilik, ölkəyə giriş-çıxış olsun, sosial-iqtisadi əlaqələr bərpa edilsin və bunlar çox önəmlidir. Ən əsası nəzarəti gücləndirmək lazımdır. Tədbirlər kompleksinin dayanıqlı, tutarlı olması olduqca vacibdir.
Daha bir məsələ, bu dalğaların nə qədər davam edəcəyi barədə dəqiq informasiya yoxdur və bilmirik ki, gələcəkdə hansı ştammlarla üz-üzə qalacağıq. Həyat davam edir və bu davam etmək mövcud təhlükənin tələb etdiyi şərtlər çərçivəsində olmalıdır".
Bel və oynaq ağrılarından necə xilas olaq? Həkim məsləhəti... VİDEO, FOTOLAR
Zülfüqar Yusifov
Zülfüqar Yusifov son bir neçə gündə ölkəmizdə yoluxma və ölüm faktlarının çoxalması faktlarına da şərh bildirib:
“İyun ayından başlayaraq ölkəmizdə bir çox sahələrin fəaliyyətinə icazə verilir, məhdudiyyətlər aradan qaldırılır, açılımlara gedirik. Lakin müşahidə edirik ki, açılımlar olduqca insanlar hətta maska tələb olunan yerlərdə belə maskadan istifadəyə laqeyd yanaşmağa başlayır. Düşünürlər ki, əgər hansısa şəraitdə maskaya tələb yoxdursa, deməli, digər şəraitlərdə də ehtiyac yoxdur. Lakin virus hələ ki həyatımızda davam edir. Bu günə qədər  gördüyümüz bütün qoruyucu tədbirləri görməli, maskadan istifadə etməliyik, bundan imtina etmək olmaz.
Təkrar edirəm ki, virus hələ də həyatımızdadır. Qarşılaşacağımız ştammlar “Delta”, hətta “Beta”, “Qamma” ola bilər. Çalışmalıyıq ki, bu problemlə üz-üzə qalmayaq, qaldığımız təqdirdə isə uğurla dəf etməyə hazır olmalıyıq.  Bu barədə artıq ciddi bir təcrübəmiz var, yetər ki, bu təcrübəyə çox məsuliyyətli nəzər salaq və tələb olunan tədbirlərə lazımınca riayət edək".
İkinci dalğa olsa da, olmasa da proses sönməyə doğru gedəcək" - Adil  Qeybulla - Mediapost İnformasiya Agentliyi
Adil Qeybulla
Professor Adil Qeybulla “Report”a açıqlamasında bildirib ki, dünyada virusa yoluxma ilə bağlı statistika azalsa da, bir çox ölkələrdə yeni ocaqlar yaranır:
“Hindistan ştammının belə sürətlə yayılması koronavirus infeksiyasında IV mərhələ, yaxud yeni pandemiyanın baş verəcəyi ilə bağlı alimlərin proqnozları var. Azərbaycanda epidemoliloji vəziyyətə gəlincə, 3 milyondan çox vaksin vurulub, insanların çoxunda immunitet formalaşıb. Ancaq yenə də arxayınlaşmaq olmaz. Yeni ştammın Azərbaycanda yayılacağı təqdirdə özünü necə aparacağı barədə fikir irəli sürmək çətindir. Ona görə də insanlar diqqətli olmalıdır”.
Mütəxəssis qeyd edib ki, sosial həyatın ayrı-ayrı sahələrində olan yumşalma tədbirlərinə yenidən baxmaq lazımdır: “Situasiyaya uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər. Ümumilikdə qapalı məkanlarda karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. Delta ştammının özəlliyindən biri də odur ki, uşaqlar arasında da yayılır. Halbuki COVİD-19-un uşaqlar arasında gedişatı əlamətsiz idi. Lakin Delta uşaqlarda ciddi xəstəliklər yaradır. Qonşu ölkələrdə yeni ştamm yayıldığından Azərbaycanda da olması, yaxud olacağı ehtimalı böyükdür. Delta ştammının sürətlə yayılması böyük narahatlıq doğurur”.
Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hazırda Azərbaycanda koronavirus infeksiyasının müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparıldığını vurğulayıb. Qeyd olunub ki, bu günə kimi ölkədə Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, bu ilin mart ayında Azərbaycanda “Sars Cov-2" genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi.
Qeyd edək ki, bu günə qədər ölkədə 335 961 nəfər COVID-19-a yoluxub. Onlardan 330 193 nəfəri artıq sağalıb. Ümumilikdə isə virusa yoluxan 4 973 nəfər dünyasını dəyişib.
Xalidə GƏRAY,
Musavat.com

1-07-2021, 10:33 201

Digər xəbərlər

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
1 2 3 4 5 6 7 8 9 10 ... 903