Kriminal aləmdə "Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumageldiyev barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Sputnik Qazaxıstan"ın verdiyi xəbərə görə, bu haqda Nur-Sultan şəhərinin Rayonlararası İstintaq Məhkəməsi qərar verib.
İstintaqın digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Arman Cumageldiyev yanvarın 7-si Almatı şəhərində saxlanılıb.