Sumqayit.tv FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan taxta konsturuksiyadan ibarət anbar 12 m² sahədə və yaxınlıqda təkər tullantıları 10 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.