Müxtəlif qidalarda ağır metalların qalığı yoxlanılıb


2020-2021-ci illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fəaliyyət göstərən laboratoriyalara daxil olan müxtəlif mənşəli nümunələrdə (qida, qeyri-qida və BFMQƏ) aparılan ağır metal qalıqlarının (qurğuşun, kadmium, civə, arsen, silisium, stronsium-90, sezium-137) analiz nəticələri qiymətləndirilib.


Sumqayit.tv
xəbər verir ki, nümunələr 3 kateqoriya üzrə ümumiləşdirilib və bioloji fəallığa malik qida əlavələrində ağır metalların təyini üçün 859, qida məhsulları (bəzi taxıl növləri, süd məhsulları, toyuq əti, müxtəlif növ yağlar, ədviyyatlar və s.) üzrə 374, qeyri-qida məhsulları (şüşə butulka, mantar tıxac, karton qutu kimi qida ilə təmasda olan materiallar) üzrə isə 11 nümunədə analiz həyata keçirilib.
Nümunələrdə qurğuşun, kadmium, civə, arsen, stronsium-90, sezium-137 kimi ağır metalların miqdarları təyin edilib. 1244 parametr nəticələrinə əsasən, araşdırılan bütün nümunələrdə ağır metal qalığının miqdarı normalar daxilində olub, bəzi nümunələrdə isə ümumiyyətlə, metal qalığı aşkar edilməyib.
Ağır metal qalıqlarının analizinə daimi nəzarətin təmin edilməsi istehlakçı sağlamlığı üçün olduqca zəruridir. Ümumiyyətlə, hər növ çirkləndirici üçün müvafiq risk qiymətləndirilməsinin təşkili, analizlərin davamlılığı və nəticələrin düzgün şərhi vacibdir.
Qeyd edək ki, qurğuşun, kadmium, civə, arsen kimi zəhərli metallar insan orqanizminə əsasən qida, su, qida əlavələri və digər müxtəlif ətraf mühit faktorları vasitəsilə daxil ola bilər. Onlar orqanizmdə toplana, immun sistemini zəiflədə, xəstəliyə və hətta ölümə səbəb ola bilər. Belə ki, bir sıra hallarda ürək-damar, böyrək, nevroloji və sümük xəstəlikləri ağır metal səviyyəsinin yüksək olduğu qidaların davamlı qəbulu ilə əlaqələndirilir. Bu da qida məhsullarında ağır metallarla çirklənmə səviyyəsinin daim diqqət mərkəzində saxlanılması zərurətini yaradır.





12-01-2022, 16:23 264

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 02:20
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041