Narkotik vasitələrə görə 40 nəfər saxlanılıb


Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 nəfər saxlanılaraq istintaqa cəlb edilib. Onların hər biri barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının son 20 gün ərzində keçirdikləri əməliyyatlar tədbirləri nəticəsində şübhəli şəxslərdən 60 kiloqram narkotik maddə, 5000 ədəd psixotrop tərkibli həblər aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxil olan əməliyyat məlumatı əsasında Abşeron rayonunda həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum edilmiş Hüseyn Məmmədov saxlanılıb. Ondan 6 kiloqramdan artıq heroin və metamfetamin, 100 ədəd psixiotop tərkibli həb, 1 ədəd tapança, daraq, partonlar və beşbarmaq aşkar edilib. Xətai və Nəsimi rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə Gündüz Qarayev və Elxan Məmmədli saxlanılıblar. Onlardan ümumilikdə 12 kiloqram heroin, metamfetamin, tiryək, o cümlədən 480 ədəd psixotrop tərkibli həb aşkar edilib. Adı çəkilən şəxslərin qaçaqmalçılıq yolu ilə əldə etdikləri külli miqdarda narkotiklərin həm ölkə ərazisində satışını təşkil etməsinin qarşısı alınıb.
Baş İdarə əməkdaşlarının paytaxtın digər rayonları, eləcə də, Sumqayıt şəhərində və Abşeron rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə 23 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 28 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan plastik kartlar aşkar olunub.
Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşlarının qeyd edilən dövr ərzində Gəncə, Lənkəran, Mingəçevir şəhərləri, Masallı, Astara və İmişli rayonlarında keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan 14 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Masallı rayonunda saxlanılan Azər İsmayılov və Səbuhi Məmmədovun üzərlərindən və idarə etdikləri avtomobildən 8 kiloqramdan artıq heroin, metamfetamin və 154 ədəd psixoptrop tərkibli metadon həbi aşkar olunub. Digər 12 nəfərdən isə 6 kiloqramdan çox heroin və metamfetamin aşkar edilib. Saxıanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışnı təşkil etməyə, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

4-02-2022, 14:18 195

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041