AMEA Akademiyanın Prezidenti Ramiz Mehdiyevin səhhətində problemlər yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Report”un xəbərinə görə, AMEA Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyil.
“AMEA Rəyasət Heyətinin Mətbuat Xidməti bununla bağlı bildirir ki, yayılan məlumatlar tamamilə yalandır və akademik Ramiz Mehdiyev hazırda işinin başındadır”, - məlumatda deyilir.