Rasim Məmmədov Sumqayıtdakı obyektlərə nə qədər haqq qoyubmuş? - ŞOK DETALLAR



Ötən ayın əvvəli Sumqayıtda saxlanılan "İctimai Nəzarət Koalisiyası”nın sədri Rasim Məmmədovun törətdiyi bəzi cinayətlərin detalları məlum olub.

Daxili İşlər Nazirliyindən lent.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, R. Məmmədov dələduzluqla, habelə hədə-qorxu ilə pul tələb edərək xeyli adama ziyan vurub.

R.Məmmədovun əməllərindən zərərçəkən çoxlu sayda iş adamı və müharibə qaziləri Daxili İşlər Nazirliyinə şikayətlər ünvanlayıblar.

Belə ki, R. Məmmədov Birinci Qarabağ müharibəsi qazisi Sevgili Rəsulovanın Sabunçu rayonu "Gülçülük” adlanan ərazidə tikintisi yarımçıq qalan evinin tamamlanacağına söz verərək ondan 6 min manat pul alıb.

Həmçinin, Sumqayıtda Nəsimi Məmmədov adlı vətəndaş da təşkilat sədrinin tələsinə düşüb. O, Tağıyev qəsəbəsindəki obyekt üçün yararlı olan yarımtikilinin alınması üçün R. Məmmədova 8 min manat ödəyib. Ancaq ortada nə pul olub, nə obyekt.

Araşdırmalar zamanı R. Məmmədovun xuliqanlıq əməli də aşkar edilib. Məlumata görə, o, Sumqayıtda yerləşən "Azmetal” MMC-yə gələrək səbəbsiz yerə oranın direktor müavini Ramiz Hüseynovu söyüb və əlindəki telefonu şirkətin anbardarı Sabir İsmayılovun başına çırpıb.

Bundan başqa, "İctimai Nəzarət Koalisiyası” sədrinin "reketliyi" də ortaya çıxıb. Məlum olub ki, o, obyektlərdən hədə-qorxu ilə pul tələb edirmiş. Belə ki, R. Məmmədov Sumqayıtdakı taksi parkla üzbəüz obyektlərdən aylıq icarə haqları alıb. O, bu əməlini 2013-cü ildən həbs edilən günədək davam etdirib.

Eyni cinayətlə üzləşən digər şəxs isə şəhərin İnşaatçılar qəsəbəsindəki "Az-Lead” MMC-nin direktor müavini işləyən Türkiyə vətəndaşı Uğur Dəniz də DİN-ə müraciət ünvanlayıb. O bildirib ki, R. Məmmədov onu və zavodun rəhbərliyini televiziya və internet vasitəsilə rüsvay edəcəyi ilə hədələyərək 1500 manat pul alıb.

Qeyd edək ki, "İctimai Nəzarət Koalisiyası”nın sədri Rasim Məmmədov bu il fevralın əvvəli Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.



4-03-2022, 10:17 569

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041