Biləsuvarlı rəssamın kömürlə çəkdiyi əsəri Ərdoğana hədiyyə edilib - FOTO


Çəkdiyim rəsmlərdən biri İstanbul Universitetinin muzeyində saxlanılır, digəri isə Türkiyə Respublikasının Prezidenti Ərdoğana hədiyyə edilib”.

Bunu “Report”un Muğan bürosuna Biləsuvarda ağac kömürü ilə möhtəşəm rəsm əsərləri çəkən gənc rəssam Ruslan Qəhrəmanov bildirib.
İstedadlı rəssam 1986-cı ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Hazırda əsərləri respublika və beynəlxalq əhəmiyyətli sərgilərdə nümayiş olunan Ruslanın sözlərinə görə, ilk dəfə 11 yaşında həyətdə tapdığı kömür parçası ilə atasının rəsmini çəkib: 
“Rəsm çox təbii və ona baxan hər kəsi heyrətləndirəcək qədər möhtəşəm alınmışdı. O vaxta qədər heç bir şəkil çəkmədiyimdən bunu necə bacardığıma özüm də çox təəccüblənmişdim. Düşünürdüm, necə oldu ki, belə bir rəsm hazırladım? Valideynlərim öncə bu bacarığımı maraqla qarşılasalar da, təhsil almağımda maraqlı olmadılar. Lakin bir müddət sonra təkidimi görən atam məni Biləsuvar Uşaq İncəsənət Məktəbinə gətirdi və orada təhsil aldım”.
2003-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Şüşə keramikası fakültəsinə qəbul olunan rəssam ailəsinin maddi çətinlikləri ilə əlaqədar ödənişli ali təhsil almaqdan imtina edərək hərbi xidmətə yollanıb.
Sonra yenidən bu sahəyə qayıdan Ruslan deyir ki, Azərbaycanda kömürlə işləyən rəssam, demək olar, yoxdur:
“Bir gün tanıdığım rəssamlardan biri yaradıcılıq mövzusunda söhbət zamanı mənə dedi ki, “əsl rəssam əsərinin qabağından keçən hər kəsi daşa döndərməlidir. Əgər sən bunu bacarsan, mən səni əsl rəssam kimi görəcəyəm". Bu sözlər mənim fəaliyyətimə böyük bir stimul verdi. Həmin ərəfədə çəkdiyim “Yorğun”, “Eynəkli kişi” əsərlərinin maraqla qarşılanması məni daha da ruhlandırdı”.
Ruslan Qəhrəmanovun əsərləri sərgilərdə maraqla qarşılanır. Bir çox əsərləri xarici ölkələrdə də nümayiş edilib. Xüsusilə 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində 4 rəsm əsərinin Türkiyədə nümayiş olunması ona yeni şöhrət gətirib. Həmin sərgidə əsərləri tədbir iştirakçıları tərəfindən çox böyük maraqla izlənib. Onun sərgidə nümayiş etdirdiyi əsərlərdən biri tədbirə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib, digəri isə İstanbul Universitetinin tarix muzeyində qorunur.
Qeyd edək ki, istedadlı rəssam bu günə qədər 100-dən artıq əsər yaradıb və onların yarıdan çoxu şəhidlərimizə həsr olunub.
















14-03-2022, 17:19 174

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041