Azərbaycan Delyaginə cinayət işi açdı



Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixail Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Mixail Delyagin 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirib.
Rusiya Federasiyasının vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixail Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol vasitəsilə beynəlxalq axtarışa elan edilib.
Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaq. 

30-03-2022, 15:31 182

Digər xəbərlər

Sumqayıtda "metallom"da mühafizəçinin meyiti tapıldı

Sumqayıtda ağac kəsilmə faktı üzə araşdırma başladı - FOTO

SON DƏQİQƏ: DİN Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ — VİDEO

Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!

Sumqayıtda güzəştli mənzillərin satışı başlayır

Sumqayıtda zibildaşıyan maşın yanıb — FOTO

Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev: “Zəngilan regionun strateji nəqliyyat mərkəzinə çevriləcək”

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

Sumqayıtda oktyabr ayı üzrə bütün sosial ödənişlər tam şəkildə həyata keçirilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət -FOTO-VİDEO

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Sumqayıtın deputatı: Vətən müharibəsində qazanılan Zəfər hər birimizin həyatında xüsusi yer tutur

Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru

"Sumqayıt"ın Yankoviçi "Qarabağ"dakı adaşından DANIŞDI

Sumqayıtda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

1 2 3 4 5 6 7 8 9 10 ... 977
Bu gün, 12:08
Bu gün, 12:00
Bu gün, 11:56
Bu gün, 11:50
Bu gün, 08:35
Bu gün, 08:13
Bu gün, 00:17
Dünən, 22:47
Dünən, 22:23
Dünən, 19:52
Dünən, 18:11
Dünən, 17:35
Dünən, 17:25
Dünən, 14:59
Dünən, 14:56
Dünən, 12:12
Dünən, 11:41
Dünən, 11:25
Dünən, 11:20
Dünən, 11:00
Dünən, 09:39
Dünən, 08:12
27-10-2025, 23:06
27-10-2025, 22:14
27-10-2025, 19:59
27-10-2025, 19:53
27-10-2025, 18:43
27-10-2025, 18:34
27-10-2025, 18:07
27-10-2025, 17:21
27-10-2025, 14:17
27-10-2025, 14:00
27-10-2025, 12:25
27-10-2025, 12:11
27-10-2025, 12:09
27-10-2025, 12:04
27-10-2025, 11:52
27-10-2025, 11:38
27-10-2025, 11:30
26-10-2025, 22:02
1 2 3 4 5 6 7 8 9 10 ... 977